BMT-nin İnsan Haqları Şurası İran üzrə xüsusi nümayəndə təyin edib

  • Amerikanın səsi

BMT-nin İnsan Haqları Şurası İran üzrə xüsusi nümayəndə təyin edib

BMT-nin İnsan Haqları Şurası Tehranın siyasi dissidentləri təqib etməsi və ölüm cəzalarının artırması ilə əlaqədar olaraq, İran üzrə xüsusi nümayəndənin təyin edilməsi haqda qərar çıxarıb. Şura ABŞ və İsveçin dəstəklədiyi qətnaməni 22 lehinə, 7 əleyhinə və 14 bitərəf səslə qəbul edib. Bu qərarla BMT son 10 ildə ilk dəfə olaraq Tehranın beynəlxalq insan haqları standartlarına əməl etməsini monitorinq etmək üçün xüsusi təhqiqatçı təyin edir. Səsvemədən öncə ABŞ-ın şurada səfiri Aylin Donahyu çıxış edərək deyib ki, Birləşmiş Ştatlar və başqa ölkələr İranda insan hüquqları sahəsində vəziyyətin pisləşməsindən dərin narahatlıq hissi keçirir.