BMT nümayəndəsi Sudanda döyüşçülərin danışıqlara daha açıq olduğunu deyir

Xartum, Sudan. 19 aprel, 2023.

BMT rəsmisinin şənbə günü Reuters-ə bildirdiyinə görə, Sudanda döyüşən tərəflər danışıqlara açıqdırlar və iki həftə öncə başlayan münaqişənin davam edə bilməyəcəyini qəbul edirlər.

BMT-nin Sudan üzrə xüsusi nümayəndəsi Volker Pertes deyib ki, tərəflər Səudiyyə Ərbəistanının Ciddə şəhəri və yaus Cənubi Sudanın Cuba şəhərində keçirilməsi təklik edilən danışıqlar üçün təmsilcilərini təyin ediblər, ancaq o həmçinin bildirib ki, onların “faktiki olaraq bir araya gəlmək” üçün ora gedə bilib-bilməyəcəklərinə dair suallar qalır.

O, danışıqlar üçün vaxtın təyin edilmədiyini deyib.

İki tərəfin liderləri arasında danışıq perspektivi hələ ki, nikbin deyil. Cümə günü ordu generalı Abdel Fəttah əl-Burhan bir müsahibədə General Məhəmməd Həmdan Daqaloya istinad edərək, deyib ki, o, Çevik Dəstək Qüvvələrinin “üsyançı” lideri ilə heç vaxt danışıq masasına oturmaz. Daqalo isə yalnız ordu zorakılıqlara son qoyandan sonra danışıqlar apara biləcəyini deyib.

Aprelin 15-də ordu ilə yarı-hərbi dəstə olan Çevik Dəstək Qüvvələri arasında uzun zamadır davam edən hakimiyyət uğrundakı çəkişmə münaqişəyə çevriləndən bəri yüzlərlə insan həyatını itirib.

Pertes qeyd edib ki, o, bir neçə gün öncə brifinq zamanı Təhlükəsizlik Şurasına deyib ki, hər iki tərəf münaqişədə qalib gələcəyini düşünürdü, amma münasibətlər dəyişir.

“Onların hər iki qalib gələcəyini düşünür, amma hər ikis də danışıqlara daha açıqdır. “Danışıq” və ya “müzakirə” sözü ilk həftə onların diskursunda yox idi,” o deyib.

Pertes deyib ki, tərəflər digər tərəfin “təslim olmadı və ya ölməli olduğunu” kimi bəyanatlar versə də, onlar həmçinin “tamam, biz… bir növ danışıqları qəbul edirik” deyirlər.

“Hər iki bu müharibənin davam edəc bilməyəcəyini qəbul edib,” o əlavə edib.

Ordu hər gün hava hücumları edir və zəruri infrastruktura nəzarəti saxladığını deyir, sakinlər isə deyir ki, Çevik Dəstək Qüvvələri Xartumda əhəmiyyətli mövcudluğa malikdir.

Qüvvələr arasındakı döyüşlər elektrik, su və telekommunikasiya infrastruktuna zərər vurub, talançılıq isə biznes və evləri dağıdıb. On minlərlə sudaları ya başqa şəhərlərə ya da ya qonşu ölkələrə qaçıb.

Pertes deyib ki, ilk iş bir neçə dəfə razılaşdırıla, amma döyüşlərə son qoymayan atəşkəslərə nəzarət mexanizmi yaratmaqdır.

Ciddə “hərbi-texniki” danışıqlar, Cuba isə Şərqi Afrika ölkələri tərəfindən regional təklifin bir hissəsi olaraq siyasi danışıqlar üçün irəli sürülüb.