Portuqaliyanın sabiq baş naziri Antonio Quterreş bu gün BMT-nin baş katibi kimi and içib. O, səlahiyyətlərinin icrasına bu ayın sonundan etibarən Ban Ki-Munun bu postu tərk etməsi ilə başlayacaq.
67 yaşlı Quterreş 71 yaşlı BMT-nin 9-cu rəhbəri olacaq.
BMT qaçqınlar agentliyinin sabiq sədri bu ilin oktyabr ayında Baş Assambleya tərəfindən seçilib və yanvarın 1-dən etibarən cənab Banı əvəz edəcək. BMT Təhlükəsizlik Şurasında həlledici səsvermə zamanı veteran siyasətçi və diplomatın namizədliyinə 13 lehinə səs verilib, əleyhinə səs verilməyib və iki səs fikir bildirməyib.
67 yaşlı Quterreş 71 yaşlı BMT-nin 9-cu rəhbəri olacaq.
Quterreş Baş Assambleya qarşısında ifadə verərkən özünü yaxşı tərəfdən göstərə bilib. Onun baş nazir və BMT Qaçqınlar Üzrə Ali Komissarı olaraq icraedici təcrübəsi onu 13 namizəd arasında ən iddialı siyasətçi edib.
Bugünlü and içmə mərasimi 193 üzv ölkənin cənab Bana təşəkkür mərasimindən sonra baş tutub.
Antonio Quterreş Amerikanın Səsinə müsahibədə deyib ki, o, BMT-nin baş katibi vəzifəsinə qlobal sınaqlara cavab vermək üçün şəraitin yaradılması məqsədilə seçilmək istəyib.