Dünya liderləri BMT-nin Baş Assambleyasının sessiyasının ikinci günü çıxışlarını davam etdirir. Bü gün çıxışların diqqət mərkəzində İran, Suriya və kütləvi qırğın silahları yer alır.
İran prezidenti Həsən Ruhani ABŞ və Qərblə İranın nüvə proqramına dair şəffaf və birbaşa dialoqa hazır olduğunu deyib.
Dünən İran prezidenti Nyu-Yorkda keçirilən BMT-nin Baş Assambleyasındakı çıxışında ölkəsinin uzun zamandır tutduğu mövqeyini, İranın uran zənginləşdirilməsi də daxil olmaqla, dinc mahiyyətli nüvə proqramına malik olmaq haqqını təkrarlayıb. Bu gün müzakirələrin diqqət mərkəzində İran, Suriya və kütləvi qırğın silahları yer alır.
Daha əvvəl ABŞ prezidenti Barak Obama çıxışı zamanı İranın nüvə proqramı, Suriyada böhran, İsrail-Fələstin sülh prosesinə geniş yer verib. Prezident Obama Birləşmiş Ştatları terror hücumundan qorumaq üçün birbaşa hərəkət edəcəyini və Yaxın Şərqdə Amerikanın maraqlarını təmin etmək üçün hərbi güc də daxil olmaqla ABŞ hakimiyyətinin bütün elementlərindən istifadə edəcəyini bildirib.
ABŞ prezidenti Suriyada və başqa yerlərdə kimyəvi silahlardan istifadə edilməsinin nəticələri olacağını qeyd edərək, dünyanın qabiliyyəti məsələsinin ortaya qoyulduğunu deyib.