BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Twitter hesabında yazıb ki, hərbi əməliyyatlar başlayandan bəri 150 mindən çox ukraynalı ölkəni tərk edib.
Qaçqınların yarısı Polşaya, bir çox insan isə Moldovaya, Rumıniyaya və digər Avropa ölkələrinə qaçıb.
Ukraynanın bir çox sakini evsiz qalıb, lakin onların sayını hesablamaq çətindir. "Hərbi vəziyyət onların sayını hesablamağı və yardım göstərməyi çətinləşdirir", - Qrandi yazıb.
Fevralın 26-da Slovakiya Ukraynadan qaçqın axını ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edib. Bir gün ərzində ora 10 min insan keçib. Eduard Heqer hökuməti bu qərarı növbədənkənar iclasında qəbul edib.
Rusiya silahlı qüvvələri fevralın 24-dən bəri bütün Ukrayna ərazisindəki hədəflərə hava zərbələri endirir. Kyivdə atışmalar gedir, Ukrayna ordusu işğalçı rus bölmələri ilə döyüşür.