Bu gün Ümumdünya Qaçqınlar günüdür


Dünya ölkələrində Ümumdünya Qaçqınlar gününü qeyd edilir. Bu münasibətlə mesajında BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, “insanlar seçimləri olmadığına görə öz yerlərini tərk edir”. O qeyd edib ki, bu insanlara yardım göstərmək hamı üçün seçim olmalıdır.

Dünya üzrə öz yerlərini məcburi olaraq tərk edən 42 milyondan çox insanın olduğu bildirilir.

ABŞ Dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların milyonlarla qaçqının müdafiəsi və onlara yardım göstərilməsi işinə sadiq qaldığını deyib.

BMT-nin Qaçqınlar agentliyi bildirir ki, dünyada hər dörd qaçqından biri Əfqnıstandandır. Dünya üzrə qaçqınların 95 faizi İranda, ya da Pakistanda yaşayır.