Bu gün Ümumdünya Əhali günüdür

U.N. Population Fund says adolescent pregnancy focus of World Population Day 2013.

İyulun 11-i Ümumdünya Əhali günü BMT diqqəti qızlar arasında hamiləlik probleminə yönəldib. Dünyada hər il 16 milyon yeniyetmə qız hamilə qalır. BMT3,2 milyon yeniyetmə qızın isə hamiləliyi təhlükəli şəraitdə kəsərək, abort etdiyini bildirir.

Yeniyetmə qızlar arasında hamiləlik halları ən çox Afrikada və inkişaf etməkdə olan ölkələrdə yayılıb. Bu ölkələrdə yeniyetmələr arsında hamiləlik probleminin əsas səbəbi gənc qızların erkən yaşlarında ərə verilməsi ilə əlaqədardır. Digər səbəblər kimi məktəblərdə seksual tərbiyə dərslərinin keçirilməməsi, valideynlərin öz övladları ilə mövzunu müzakirə etməyə hazır olmaması və hamiləliyin qarşısının alınması üçün tibbi xidmətlərin olmaması göstərilir.

Təşkilatın bildirdiyinə görə, bu qızların böyük hissəsi doğuş zamanı şikəstlik və sonsuzluğa gətirib çıxaran, ya da onların ölümülə nəticələnən ciddi fəsadlarla qarşılaşır. Həkimin nəzarəti olmadan qeyri-qanuni şəkildə abort edən yeniyetmə qızların sayı isə müəyyən deyil.

BMT yeniyetmə qızların hamiləliyini insan hüquqları məsələsi adlandırır. Təşkilat bildirir ki, yeniyetmələr arasında hamiləlik qızların uşaqlıq illərinə son qoyulması, təhsil və başqa imkanlardan məhrum edilməsi deməkdir.

BMT-nin Baş katibi Ban Ki Mun bildirib ki, əsas diqqət və resurslar qızların təhsili və sağlamlığı kimi verilsə, onlar cəmiyyətdə müsbət dəyişiklərə yol açan daha böyük bir qüvvəyə çevriləcək.