İranın yeni prezidenti İbrahim Rəisinin nazirlik vəzifəsi üçün təklif etdiyi 19 nəfərdən 18-i İranın İslami Şura Məclisindən etimad səsi alıb. Təhsil nazirliyinə təklif edilən Hüseyn Bağgülinin namizədliyi rədd edilib.
Your browser doesn’t support HTML5
Enerji və ticarət eksperti Umud Şükri Amerikanın Səsi ilə söhbətdə yeni nazirlər kabinetinin ölkənin əsas problemlərini çözmə qabiliyyətinin olmadığını ifadə edir.
Mən məclisdə müzakirələri izlədiyim qədər, neft naziri olsun, enerji naziri olsun, ya xarici işlər naziri olsun, heç birində yeni bir şey eşitmədim. Proqramlarının çoxu şüardır.
Ekspert hesab edir ki, İbrahim Rəisinin nazirlər kabineti ölkənin iqtisadiyyat, enerji, su və səhiyyə kimi sahələrdə qarşı-qarşıya olduğu problemləri çözmək yönündə praktik proqram ortaya qoymayıb.
“Mən məclisdə müzakirələri izlədiyim qədər, neft naziri olsun, enerji naziri olsun, ya xarici işlər naziri olsun, heç birindən yeni bir şey eşitmədim. Proqramlarının çoxu şüardır. Mənim ixtisas sahəm olan neft və enerji nazirlərinin ortaya qoyduğu o hədəfləri gələcək dörd ildə tutdurmaq çox çox çətindir,” Umud Şükri söyləyir.
SEE ALSO: Umud Şükri: İranın növbəti prezidenti enerji, su və ekoloji problemləri ilə qarşı-qarşıya qalacaqOnun sözlərinə görə, “yeni nazirlər kabineti həm içəridə həm xaricdə çox böyük problemlərlə qarşı-qarşıyadır. Pandemiya məsələsi ki, [yoxulma və ölüm halları] yenə çoxalır. Enerji baxımından, neft və təbii qaz sahəsində problemlər var. Elektrik keçən il çox kəsildi. Yenə kəsintilər başlayıb. Bizim Azərbaycan bölgəsində də elektrik kəsintiləri davam edir. Xarici siyasətə də gəlsək, bu hökumət və nazirlər kabinetinin əlində deyil. Xarici siyasət yuxarıdan, ali dini lider tərəfindən dizayn olur.”
Nüvə anlaşması mümkün qədər tez əldə edilməlidir ki, İrana həm vaksin gəlsin, həm də pul gəlməlidir ki, iqtisadiyyat biraz canlansın.
Umud Şükri həmçinin yeni bir nüvə razılığı əldə edilmədən İranda iqtisadiyyatın yenidən canlanmasının mümkün olmadığını vurğulayır.
O, deyir ki, “yeni nüvə anlaşması imzalanmasa İran iqtisadiyyatını daha çətin günlər gözləyir. Pandemiyanın fəsadları günbəgün çoxalır. İran zamanında vaksin satın almadı. Keçən həftələrdə məhərrəmlik mərasimləri ilə bərabər pandemiyanın 5-ci dalğasını gördülər. Anlaşma mümkün qədər tez əldə edilməlidir ki, İrana həm vaksin gəlsin, həm də pul gəlməlidir ki, iqtisadiyyat biraz canlansın.”
Enerji eksperti müsahibədə həmçinin Xəzərin İran tərəfində böyük təbii qaz yatağının kəşf edildiyinə dair İran mediasında yayılan xəbərləri dəyərləndirib.