Azərbaycanlı siyasi fəal və ekspert Umud Evrən Amerikanın Səsi ilə müsahibəsində İran Azərbaycanında siyası təşkilatlar və partiyaların funksiyası və onların üzləşdiyi problemləri şərh edib. İstanbul siyasi elmlər fakültəsi və Marmara Universitetində təhsil almış azərbaycanlı ekspertin sözlərinə görə siyasi partiyalar maarifləndirmə, siyasi şüurlandırma və kütlələri hərəkətə keçirmək fəaliyyətləri ilə yanaşı yeni siyasi kadrlar da yetişdirməlidir. Hollandiyada mühacirət həyatı yaşayan fəal Güneyli təşkilatların bu fəaliyyətlərlə bağlı müvəffəqiyyətli olduqlarını hesab etmir.
Ekspert siyasi partiyalar və siyasi təşkilatlar arasındakı fərqləri izah edib: “Təşkilatlar cəmiyyəti hücumlar müqabilində qoruyub və mübarizəni cəhətləndirmək istiqamətində fəaliyyət göstərərlər, ancaq siyas partiyalar iqtidarı əldə etmək üçün cə mübarizə aparar... Siyasi partiya içərisində siyasi təşkilatlanmalar da olar. Partiyalar cəmiyyət içərisində yaşayan muxtəlif siniflərin təmsiliçilərini öz içinə almağa cəhd edərlər.”
Cənab Evrənin fikrincə Güney partiyalarının nizamnamələrinə baxıldığında onların fərqli siyasi plan və hədəflər əsasında qurulduqları bəlli olur. Ancaq, bu onların fəaliyyətlərində öz əksini tapmır. Onun sözlərinə görə, Güney Azərbaycan təşkilatları öz hədəf və siyasi planları istiqamətində fəaliyyət aparmaq əvəzinə, şəhidlik, ideoloji və əxlaq söyləmləri ilə legitimlik qazanmağa çalışırlar.
“Biz gündəm içində boğuluruq, amma gündəmə də çata bilmirik,” deyə söyləyən Umud Evrənin fikrincə Güney Azərbaycan milli hərəkatı cəmiyyətdən məlumat toplamaq və akademik çalışmalar ortaya çıxarmaq əvəzinə daha çox gündəlik fəaliyyətlərlə məşqul olur.
Your browser doesn’t support HTML5
Ekspert siyasi partiyalar və siyasi təşkilatlar arasındakı fərqləri izah edib: “Təşkilatlar cəmiyyəti hücumlar müqabilində qoruyub və mübarizəni cəhətləndirmək istiqamətində fəaliyyət göstərərlər, ancaq siyas partiyalar iqtidarı əldə etmək üçün cə mübarizə aparar... Siyasi partiya içərisində siyasi təşkilatlanmalar da olar. Partiyalar cəmiyyət içərisində yaşayan muxtəlif siniflərin təmsiliçilərini öz içinə almağa cəhd edərlər.”
Təşkilatlar cəmiyyəti hücumlar müqabilində qoruyub və mübarizəni cəhətləndirmək istiqamətində fəaliyyət göstərərlər, ancaq siyas partiyalar iqtidarı əldə etmək üçün cə mübarizə aparar.