Ukrayna hərbi qüvvələrini təkmilləşdirir

Ukrayna silahlı qüvvələrinin ilk birləşməsi oktyabr ayında Lvov vilayətindəki Beynəlxalq sülhümühafizə mərkəzində təlimlərə başlayacaq.

Bu haqda Ukrayna silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Viktor Mujenko öz Facebook səhifəsində məlumat verib.
Viktor Mujenko bəyanatı Ukrayna hərbçilərinin hazırlığında iştirak edən ABŞ və Kanada hərbi qüvvələrinin nümayəndələri ilə görüşdən sonra verib.

"Ukrayna ordusunun müdafiə qabiliyyətinin artırılması istiqamətində gələcək əməkdaşlıq məsələləri və perspektivləri müzakirə etmişik. Bizim müdafiəçilərimizin hazırlığının təkmilləşdirilməsinə ehtiyac olduğu məsələsilə bağlı ilk nəticələr və aydın anlaşma mövcuddur. Oktyabrda Ukrayna silahlı qüvvələrinin artq ciddi döyüş təcrübəsi olan ilk birləşməsi bu mərkəzin bazasında hazırlığa başlayacaq. Əldə edilənlərlə kifayətlənmək olmaz"-deyə Viktor Mujenko bildirib.

General-polkovnik Ukrayna silahlı qüvvələrinin döyüşçülərinin qarşıdan gələn hazırlıq təlimlərinin detalları ilə bağlı açıqlama verməyib.

Hazırda Odessa və Nikolayev vilayətlərinin Qara dəniz akvatoriyasında Ukrayna və ABŞ-ın birgə Sea Breeze təlimləri keçirilir. Təlimlər senatyabrın 12-ə qədər davam edəcək.

Ukraynanın Müdafiə nazirliyinin verdiyi məlumata görə, lvov vilayətində iyulun 20-dən 31-ə qədər Saber Guardian/Rapid Trident-2015 təlimlərində 1800 hərbçi iştirak edib. Müdafiə nazirliyi bildirib ki, "Rapid Traydent-2015" təlimlərində xarici hərbi qüvvələrin ən böyük hissəsini ABŞ hərbçiləri təşkil edib. Amerika hərbçilərinin sayının təxminən 1500 nəfər olduğu bildirilib.