Ukraynanın sabiq baş naziri həbs olundu

  • Amerikanın səsi

Ukraynanın sabiq baş naziri həbs olundu

Ukrayna polisi sabiq baş nazir Yuliya Timoşenkonu məhkəmə prosedurlarını pozduğuna görə həbs edib.

Hakim xanım Timoşenkonu sistematik şəkildə məhkəmənin işini pozmaqda təqsirləndirib. Sonra o, qandallanaraq polis zabitləri tərəfindən təcridxanaya aparılıb. Xanım Timoşenko məhkəmə zamanı hakimi məsxərəyə qoyub.

ABŞ senatoru John McCain onun həbsini demokratiyada elementar hüquqların pozulması kimi qiymətləndirib.

Senator Timoşenkonun vebsaytında yerləşdirdiyi ifadədə Ukraynada demokratiya və azadlığın sınağa çəkildiyini deyib.

Sabiq baş nazirinin tərəfdarları Kiyevdəki məhkəmə binası qarşısında çadırlar salaraq xanım Timoşenko ilə həmrəyliklərini izhar edirlər. Yuliya Timoşenko müxalifətdə olan Batkivçina Partiyasının lideridir.