Ukrayna prezidenti Volodimr Zelenski yanvarın 7-də İranda qəzaya uğrayan və 176 nəfərin öldüyü Ukrayna təyyarəsinin qəzaya uğraması ilə bağlı "həqiqəti" üzə çıxaracağını vəd edərək, cümə axşamı ümumxalq hüzn günü elan edib.
"9 yanvar ümumxalq hüzn günü elan edildi" - deyə, Ukrayna lideri rəsmi "Facebook" hesabında yerləşdirdiyi video müraciətində bildirib.
Qəza ilə əlaqədar prezident Zelenski Omana səfərini qısaldaraq Ukrayanaya geri dönüb.
Tehrandan Kiyevə uçarkən qəzaya uğrayan Boeing 737 təyyarəsi
Ukrayna Beynəlxalq Hava Yollarına məxusus idi. Bu qəza ölkənin ən böyük daşıyıcısının ilk ölümcül qəzasıdır.
"Ukraynanın prioriteti fəlakətin səbəblərini müəyyən etməkdir. Şübhəsiz ki, həqiqətə qovuşmaq niyyətindəyik" - deyə, Zelenski qeyd edib.
O əlavə edib ki, 45 Ukrayna təhlükəsizlik işçisi və mütəxəssisləri istintaqda iştirak etmək üçün Tehrana yola düşüb. Onlar İranlı rəsmilərlə birlikdə qəza yerində aşkar edilən "qara qutuların deşifrə edilməsinə" və təyyarənin qalıqları arasından qurbanların kimliklərini müəyyənləşdirməyə çalışacaqlar.
Qəzada həlak olanların əksəriyyəti İran və Kanada vətandaşı olsa da, onlardan 11 nəfəri ukraynalı idi. Borispol hava limanının yola salma bölməsində həlak olmuş 9 heyyət üzvünün fotoları yerləşdirilib.
Zelinski ictimaiyyəti İranın İraqdakı ABŞ qüvvələrinə raket zərbəsi endirdikdən bir neçə dəqiqə sonra baş verən qəza ilə əlaqədar "bütün manipulyasiya, fərziyyə və sui-qəsd nəzəriyyələrindən çəkinməyə" çağırıb.
__