Ukrayna paytaxtı Kiyevdə hökumət əleyhdarı nümayişçilərlə polis arasında toqquşmalar üçüncü gündür davam edir.
Nümayişçilərin polis əməkdaşlarına küt alətlər atmasından sonra, qarşı tərəf rezin güllələrlə cavab verib.
Dünən əleyhqaz və dəbilqə geyinən fəallar iğtişaş polisinə daş və benzin bombaları atıb. Polislər isə nümayişçilərə səksəndirici bombalar və soyuq havanı nəzərə alaraq su şırnağı ilə cavab verib.
Ukrayna prezidenti Viktor Yanukoviç televiziya çıxışı zamanı nümayişçiləri pisləyib.
Ukrayna rəsmiləri deyib ki, bazar günü 100 mindən çox insanın iştirak ilə başlayan nümayişlərdə qarşıdurmalar zamanı yarısı nümayişçi olmaqla 200-dən çox insan yaralanıb.