Ukraynada prezident seçkisindən öncə səssizlikdir

Yerli Seçki komissiyasının üzve seçki məntəqəsində hazırlıq aparır. 20 aprel 2019.

Ukraynada bazar günü keçiriləcək seçkidən öncə aparılan rəy sorğularının nəticələrinə əsasən, televiziya serialında Ukrayna prezidenti rolunu ifa edən komediyaçının real həyatda da hazırda bu vəzifəni icra edən şəxsə qalib gələcəyi gözələnilir.

Şənbə günü “sakit gün” olaraq keçib, çünki bu gün seçki kampaniyası aparmaq qadağandır.

Endemik korrupsiya, zəif iqtisadiyyat və beş ildir ölkənin şərqində Rusiyanın dəstəklədiyi qiyamçılara qarşı döyüşdən narahat olan ukraynalı seçicilər hazırkı prezident Petro Poroşenkonu cəzalandırıb, onu Volodimir Zelenski ilə əvəzləməyə hazırdır. Sorğu nəticələri göstərir ki, daha öncə siyasətlə məşğul olmamasına baxmayaraq Zelenski Poroşenkodan iki qat daha çox səs əldə edə bilər.

Zelenski kampaniyasını əsasən sosial mediada aparıb və mediaya müsahibə verməkdən qaçınıb. Poroşenko onu “virtual namizəd”adlandırıb. Poroşenko isə öz növbəsində Zelenskinin yük maşını tərəfindən əzildiyini göstərən kampaniya videosuna görə tənqid olunub.

İki namizəd cümə günü axşam saatlarında real debat keçirib. Onlar bir-birini kəskin tənqid edib və hər ikisi şərqdəki döyüşlərdə qohumlarını itirənlərdən üzr istəmək üçün diz çöküb.

Petro Poroşenko və Volodimir Zelenski

41 yaşlı komediya aktyoru Zelenski ən çox televiziya serialında korrupsiyanı tənqid etdiyi yerdə çəkilən videosu internetdə yayılandan sonra Ukraynanın prezidenti olan məktəb müəllimi roluna görə tanınır. O, yanvar ayında namizədliyini elan etdiyində serialın adı “Xalqın qulluqçusu”onun partiyasının adına çevrildi.

Televiziya serialındakı rolu kimi real həyatdakı Zelenski də kampaniyasının diqqət mərkəzinə korrupsiyanı qoyub. Siyasi platformasının qeyri-müəyyən olduğuna dair təndiqlərlə üzləşməsinə baxmayaraq Zelenski prezident, parlament üzvləri və hakimlərin toxunulmazlıqlarını aradan qaldırmaq, habelə korrupsiyaya ittiham olunan hər hansı şəxsin ictimai vəzifəyə gəlməsinə ömürlük qadağa qoyulması kimi spesifik təkliflər irəli sürüb.

O həmçinin vergi amnistiyasına çağırıb. Belə ki, onun təklifinə əsasən, gizlik aktivləri olan şəxslər onları açıqlayacaq, ona beş faizlik vergi tətbi olunacaq, lakin əlavə heç bir tədbirlə üzləşməyəcək.

Zelenski Ukraynanın NATO üzvü olmasını dəstəkləyir, lakin bunun referendum vasitəsilə təsdiq olunmalı olduğunu söyləyir.

Zelenski bildirib ki, 2014-cü ildə bəri Rusiyanın dəstəklədiyi separatçl qiyamçılarla döyüş nəticəsində 13 min insanın öldüyü Ukraynanın şərqində münaqişəyə son qoymaq üçün Rusiya ilə birbaşa danışıqlar aparılmalıdır. Kreml oraya müdaxilə etdiyi inkar edir və bunun daxili məsələ olduğunu söyləyir. Zelenski isə Rusiyanın ilhaq etdiyi Krımı geri qaytarmalı və kompensasiya ödəməli olduğunu deyir.

Zelenskinin imicinə onun holdiq şirkəti vasitəsinə Rusiya ilə ticarət əlaqələrinin olduğunu etiraf etməsi və “Xalqın qulluqçusu” serialını yayımlayan televiziya kanalının sahibi oliqarx İhor Kolomoyski ilə əlaqələri barədə spekulyasiyalar səbəbilə kölgə düşüb.

Bu həftə Ukrayna məhkəməsi bir zamanlar Kolomoyskinin sahibi olduğu bankın milliləşdirilməsinin qeyri-qanuni olduğuna dair qərar çıxarıb və bu Zelenskinin onunla mümkün əlaqələrinə dair yeni narahatlıqlara səbəb olub.

Ukraynada debat

Böyük konfet şirkəti təsis edəndən sonra siyasətə qoşulan Poroşenko 2014-cü ildə kütləvi etirazların Rusiya ilə yaxın münasibətləri olan presidentin ölkəni tərk etməsinə gətirib çıxarmasından sonra hakimiyyətə gəlib.

Lakin beş il sonra tənqidçilər onu Ukraynada baş alıb gedən korrupsiyaya qarşı mübarizə sahəsində çox az iş gördüyünə görə qınayır. Şərqdə Rusiyanın dəstəklədiyi separatçılarla müharibə hələ də davam edir. Onu iqtisadi islahatları beynəlxalq kreditorları məmnun etsə də, milyonlarla ukraynalı kommunal xərclərini ödəməyə pullarının çatmayacağından naharatdır.

Seçkinin ilk mərhələsində məyusedici nəticələr əldə edən Poroşenko seçicilərin təndiqlərini nəzərə aldığını söyləyib. O, o zamandan bəri bəzi mühüm addımlar atıb ki, buna uzun zamandır gözlənilən anti-korrupsiya məhkəməsinin yaranması daxildir. O həmçinin korrupsiyaya qərq olmuş Odessa regionunun qubernatorunu və Rusiyada böyük daşınmaz əmlak şirkətlərinə sahib olduğu deyilən xarici kəşfiyyat idarəsinin sədr müavinini vəzifədən çıxarıb.

53 yaşlı Poroşenko özünü Rusiyaya qarşı müqavimət göstərəcək lider kimi sərgiləyib. O, Ukraynanın milli kimliyi və Rusiyanın təsirindən çıxmaq üçün mühüm addımlar atıb.

O, xələfi Viktor Yanukoviçin rədd etdiyi və 2014-cü ildəki etirazlara səbəb olan Avropa İttifaqı ilə assosiasiya sazişini imzalayıb.