Ukraynada 49 nəfərin ölümü ilə nəticələnin təyyarənin vurulmasına qəzəblənən etirazçıların Kiyevdə Rusiya səfirliyinə hücum etdiyi bir vaxt ölkənin xarici işlər naziri prezident Vladimir Putinə vulqar ifadələrlə müraciət edib.
Qəzəbli etirazçılar Rusiya bayrağını cıraraq, səfirliyin binasına yumurta və daş atıblar. Etirazçılar habelə səfirliyin önündəki bahalı avtomobilləri aşırdıblar. Ukraynan müvəqqəti xarici işlər naziri Andrey Deşçitsiya etirazçıları zorakılığı dayandırmağa çağıraraq cənab Putinə qarşı təhqiramiz ifadə işlədib. "Mən dedim ki, sizin nümayiş etməyiniz əleyhinəyəm? Xeyr, sizin etiraz aksiyalarınızı dəstəkləyirəm. Mən burada sizinlə birlikdə "Rusiya, Ukraynadan çıx" deməyə hazıram. Bəli Putin axmaqdır" - deyə xarici işlər naziri bildirib.
Moskvada narahatlığa səbəb olan bu sözlərdən sonra Kreml Ukraynının baş diplamatını vəzifədən kənarlaşdırmasını tələb edib.
Bu gün habelə Ukraynada milli matəm günü elan edilib. Xatırladaq ki, dünən Ukraynanın şərqində rusiyapərəst separatçıların hərbi nəqliyyat təyyarəsini vurması nəticəsində 49 nəfər həlak olmuşdu.