Ukraynada zorakılıqlara görə iki rəsmi vəzifədən uzaqlaşdırılıb

Nümayişçilərlə barışıq istiqamətində bir addım olaraq Ukrayna prezidenti Viktor Yanukoviç etirazçılara qarşı polis zorakılığına görə təhlükəsizlik şurasının sədr müavinini və Kiyev şəhəri administrasiyasının rəhbərini vəzifədən uzaqlaşdırıb.

Baş prokuror Vikyot Pşonla bəyan edib ki, iki rəsmi (Volodimir Sivkoviç və Oleksandr Popov) ilə yanaşı Kiyev polisinin rəisi və onun müavini nümayişçilərə qarşı zorakılıqlar səbəbilə səlahiyyətlərini aşmaya görə istintaqa cəlb olunublar.

İnsident noyabrın 29-u gecə polis Kiyevdə Avropa Birliyi tərəfdarı nümayişçiləri dağıtmaq üçün gücdən istigadə etdiyi zaman baş verib.

Kütləvi etiraz aksiyaları artıq 3 həftədən artıqdır davam edir. Nümayişlər prezident Yanukoviçin Avropa Birliyi ilə ticarət paktına imza atmamasından sonra başlayıb.