UNICEF: Ukrayna münaqişəsinin qurbanı olan uşaqlara dəstək verilməlidir

BMT-nin uşaq agentliyi bildirib ki, Ukraynadakı münaqişə Kiyevin nəzarətində olmayan həmin ərazilərdə yaşayan yarım miliyon uşağın həyatına ciddi təsir göstərib.

Cümə günü yayımlanan bəyanatda UNICEF bildirib ki, Ukraynanın şərqində gedən zorakılıqlar nəticəsində hər üç uşaqdan birinin təxminən 580 mininin psixoloji dəstəyə ehtiyacı var.

UNICEF-in Ukraynadakı təmsilçisi Qiovanna Barberis deyib ki, həmin uşaqlara həm fiziki, həm də psixoloji dəstək verilməlidir.

Təşkilat bildirir ki, 215 min uşaq ölkə daxilində didərgin düşüb və 20-dən çox uşaq keçən il gedən döyüşlər zamanı həyatını itirib.