Yuliya Timoşenkonun həbsdə olan iki müttəfiqi azadlığa buraxılıb

Ukrayna prezidenti Viktor Yanukoviç siyasi opponenti, sabiq baş nazir Yuliya Timoşenkonun həbsdə olan iki müttəfiqinin azadlığa buraxılmasına göstəriş verib.

Timoşenkonun həbsidə görə Ukrayna ilə əlaqələrində gərginlik yaranan Avropa İttifaqı prezidentin əfv fərmanını alqışlayıb.Sabiq daxili işlər naziri Yuri Lutsenko və sabiq ekologiya naziri Heorhiy Filipçukun əfvi Timoşenko və onun müttəqilərinə görətərilən ilk yumşalma əlamətidir.

Əfv edilən bu iki nazir vəzifəsindən sui-istifadə ittihamiı ilə həbsə məhkum edilmişdi.

Ukraynada son həftə fəallaşan müxalif qanunvericilər Yanukovişin tərəfdarlarının parlamentə daxil olmasına yol verməyib. Onlar sessiyalarını başqa bir binada keçirməli olub.