Ukraynada beynəlxalq hərbi təlimlər keçirilir

ABŞ ordusu bu gün start verilən beynəlxalq hərbi təlimlərə rəhbərlik edir. Ukraynnaın şərq regionunda keçirilən 12 günlük təlimlərə 200 ABŞ əsgəri daxil edilməklə, 1300 hərbi personal qatılır.

Təlimlər Ukrayna qüvvələri ilə separatistlər arasında döyüşlərin davam etdiyi bir vaxt keçirilir.

Dünən Donetsk hava limanında üsyançı hücumunun qarşısı alınıb. Qərb jurnalistləri şənbə günü də aeroportda ağır döyüşlərin getdiyini təsdiq edib.

Ağ Evin bildirdiyinə görə, ABŞ və Ukrayna prezidentləri cümə axşamı günü böhranın diplomatik yolla həllini müzakirə etməlidir. Barak Obama və Petro Poroşenko arasındakı görüş Amerikanın Ukraynada demokratiya və sülhün bərqərar edilməsi öhdəliyinə sadiq qaldığına işarədir.

Bu gün Fransa paytaxtı Parisdə keçirilən İraq toplantısında Ukraynanın müzakirə mövzusudur.

ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi bildirib ki, dövlət katibi Con Kerri hadisələri müzakirə etmək üçün bir neçə xarici işlər naziri ilə görüşəcək.