Ukrayna və Rusiya vətəndaşları ABŞ-dan siyasi sığınacaq istəmək üçün Meksika ilə sərhəddə toplaşır

Your browser doesn’t support HTML5

Ukrayna və Rusiya vətəndaşları ABŞ-dan siyasi sığınacaq istəmək üçün Meksika ilə sərhəddə toplaşır

Ukrayna və Rusiya vətəndaşları ABŞ-dan siyasi sığınacaq istəmək üçün Meksika ilə sərhəddə yerləşən Tihuana şəhərinə gedir. Tijuanada Amerikanın Səsinin müxbiri Mayk Osallivanın bildirdiyinə görə, bir çox ukraynalı sərhədi keçə bilsə də, Rusiya vətəndaşları üçün bu daha çətindir.

Son günlər onlarla rusiyalı və ukraynalı sərhədin Meksika tərəfində düşərgə salıb. Hər iki qrup buraya ABŞ-da sığınacaq statusu almaq ümidi ilə gəlib.

Ukraynalılar ABŞ-ın Gömrük və Sərhəd Mühafizəsinin martın 11-də onların 42-ci maddədən azad edilməsinin nəzərdən keçirilməsinə çağıran memorandumundan sonra iddia ərizəsi vermək imkanı əldə edirlər. Bu, keçmiş prezident Donald Trampın istinad etdiyi insanların sığınacaq tələb etmək üçün Birləşmiş Ştatlara daxil olmasını çətinləşdirən ictimai səhiyyə ilə bağlı maddədir.

Tramp COVID-19 təhlükəsinə istinad etsə də, tənqidçilər bunun Mərkəzi Amerikadan və Haitidən olan insanların sığınacaq almasının qarşısını almaq üçün nəzərdə tutulduğunu iddia edir. Bu maddə hələ də prezident Co Bayden dövründə qüvvədədir.

Bu ailə də bəzi ukraynalılar kimi istisna olmaqla, qəbul edilib. Sərhəddəki hər iki qrup Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumuna qarşı olduqlarını desələr də, bu memorandumda ruslardan bəhs edilməyib.

Soyadının istifadə edilməməsini istəməyən Mark adlı şəxs restoranda menecer işləyib. Müharibə başlayandan sonra o, işini və ölkəsini tərk etdiyini deyir. “Onlar Ukraynada və (onun) xalqın daha yaxşı yaşamasına çalışdıqlarını deyirlər. Mən buna inanmıram, binaları bombalayıb dağıdıblar, inanmıram. Mən (Rusiya) televiziyasının dediyi heç bir sözə inanmıram”.

Sankt-Peterburqdan arvadı və iki uşağı ilə birlikdə buraya gələn rusiyalı baş verənlərə inana bilmədiyini deyir. Yevgeniy Yarin “Müharibə insanların kütləvi şəkildə qətlidir. Ukrayna indi öz suverenliyini müdafiə edir. Amma hər halda 21-ci əsrdə günahsız mülki vətəndaşlar ölür. Bizim dövrümüzdə belə olmamalı idi, çünki 21-ci əsrdə insanlar müharibə etməməlidir. İnsanlar daha yaxşı iş görə bilərlər”.

Tihuana rəsmiləri rusiyalı miqrantlardan ABŞ-ın hakimiyyət orqanları onların işlərinə baxınca sərhəd keçidinin yaxınlığındakı izdihamlı səkiləri tərk etmələrini xahiş edir. Tihuananın meri şənbə günü miqrantların mehmanxanaya köçürüləcəklərinə razı olduqlarını bildirib.

Müharibə ukraynalılara olduğu kimi, həm də ruslara da çox ağır təsir edir. Ukraynalı proqramçı mühəndisi Rusiya prezidenti Putinin nə qədər irəli gedəcəyi maraqlandırır. Krilo Sokolov “Məni təkcə Rusiyanın nüvə silahları narahat etmir. Mən Ukraynadakı nüvə stansiyalarının təhlükəsizliyindən narahatam”.

Rusiyanın Ukraynadakı əsgərləri Zaporojyidə Avropanın ən böyük Atom Elektrik Stansiyasını ələ keçirib.

Sərhədi keçməyə ümid edən bir çox rusiyalı Rusiya ilə Avropanın böyük hissəsi arasında uçuşlar ləğv edildiyi zaman Meksikaya turist kimi gələn müxalif üzvləridir.

Rusiya universitetində professor olan Anton deyir ki, geri dönsələr, onu, həyat yoldaşını və başqalarını qaranlıq həyat gözləyir. “Belə görünür, biz Rusiyada potensial olaraq daha çox siyasi cinayətkarlara bənzəyirik və hər şey son nəticədə Putin rejiminin nə qədər yaşayacağından asılıdır”.

Sonu görünməyən müharibədən və ya fərqli fikirlərə getdikcə dözümsüz olan bir ölkədən qaçaraq, hər iki tərəfdə insanlar üçün sığınacaq son ümiddir.