Bayden Ukrayna və NATO üçün daha 6,9 milyard dollar xərcləməyi düşünür

ABŞ Prezident Co Bayden Rusiyanın Ukraynaya əsassız işğalına qarşı özünümüdafiə və NATO vasitəsilə Avropanın təhlükəsizliyini gücləndirməsi üçün daha 6,9 milyard dollar xərcləməyi təklif edib.

Ağ Ev 2023-cü il büdcəsini əks etdirən bəyanatında bildirib ki, vəsaitdən “Rusiyanın təcavüzü qarşısında ABŞ qüvvələrinin, NATO müttəfiqlərinin və regional tərəfdaşlarının imkanlarını və hazırlığını artırmaq üçün istifadə olunacaq.”

“Mən [Rusiya Prezidenti Vladimir] Putinin Ukraynaya qarşı təcavüzünə ABŞ-ın dəstəyi ilə Ukraynanın iqtisadi, humanitar və təhlükəsizlik ehtiyaclarına güclü şəkildə cavab verilməsi üçün investisiyaların davam etdirilməsinə çağırıram” - deyə, Bayden martın 28-dəki bəyanatında bildirib.

Ümumilikdə Baydenin oktyabr ayında başlayan 2023-cü maliyyə ilindəki büdcə təklifi federal xərclər üçün 5,8 trilyon dollar təşkil edir. Bu, əlavə xərclər haqqında qanun layihəsinin imzalanmasından əvvəl bu il xərclənməsi proqnozlaşdırılandan bir qədər azdır.

2023-cü il üçün kəsir 1,15 trilyon dollar olacaq ki, bu "əvvəlki administrasiyanın son ilindən kəsirin yarısını azaldacaq və ABŞ tarixində kəsirdə bir illik ən böyük azalmanı təmin edəcək".

Bir neçə gün əvvəl Bayden Ukraynaya 1,3 milyard dollar məbləğində əlavə yardım və ABŞ-ın 100 min ukraynalı qaçqına qapılarını açacağını elan edib. O, Rusiya elitasının daha çox üzvünə, 40-dan çox Rusiya müdafiə şirkətinə və Rusiyanın 300 qanunvericisinə sanksiya tətbiq edildiyini bildirib.