Viktor Yanukoviç müxalifət liderinə baş nazir vəzifəsini təklif edib

Ukrayna prezidenti Viktor Yanukoviç baş nazir vəzifəsinə müxalifətin liderinə təklif edib. Məlumat prezidentin veb səhifəsində yayılıb. Müxalifət lideri Arseniy Yatsenyukun təklifə cavab verib-vermədiyi bəlli deyil.

Ukrayna rəsmiləri hökumət əleyhinə nümayişçilərdən ələ keçirdikləri bələdiyyə idarəsində saxladıqları iki polis işçisinin azad edilməsini tələb edib, əks təqdirdə əməliyyata keçiləcəyi barədə xəbərdarlıq verib.

Müxalifət isə bunu inkar edir.Bələdiyyə binasına hücum nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında zorakılıqların yeni dalğasına səbəb ola bilər.

Gərginliklər Ukrayna prezidenti Viktor Yanukoviçin hökumətdə dəyişiklik və nümayişlərlə bağlı qanunda düzəliş edilməsinə razılıq verməsindən sonraya təsadüf edir.

Lakin buna baxmayaraq polislə nümayişçilər arasında qarşıdurmalar davam edir. Şahidlərin dediyinə görə, qəzəbli aksiya iştirakçıları yanğın bombaları və daşla polisə hücum edib. Polis isə nümayişçilərə qarşı gözyaşardızı qazdan istifadə edib.