Ukrayna polisi nümayişlərə yaxın yerlərdə mövqelərini möhkəmləndirir

Ukraynanın iğtişaş polisi avrointeqrasiya tərəfdarlarının prezident Viktor Yanukoviç hökumətinə qarşı nümayişləri davam etdirən vaxt paytaxt Kiyevdə nümayişlərə yaxın yerlərdə mövqelərini möhkəmlənidirir.

Polis qüvvələri Müstəqillik meydanı və əsas inzibati binaların yaxınlığına yerləşdirilib.

Hökumət binasına girişi bağlayan nümayişçilərin məhkəmənin qərarı əsasında ərazini tərk etmədiyi halda, oradan çıxarılıcağı bildirilr.

Ukrayna müxalifət lideri Vitali Kliçko polisi gücdən istifadən etməməyə çağıraraq, vəziyyətin gərgin olduğunu və hər an hər dəyişə bildiyini deyib. Müxalifət lideri Arseni Yatsenyuk polisin meydandakı nümayişçilərə ərzaq və təcili yardım xidmətlərinin çatıdrılmasına imkan verəcəyinə ümid etdiyini deyib.

Avropa İttifaqı Ukrayna hökumətini təmkin göstərməyə çağıraraq, Avropanın nümayişçiləri müdafiə etmək kimi bir hüququ və vəzifəsi olduğunu bəyan edib.