Ukrayna parlamenti Rusiyanın COVID-19 peyvəndlərinin təsdiqlənməsini qadağan etdi

Ukrayna parlamentinin millət vəkilləri böyük əksəriyyətlə Rusiyada istehsal olunan peyvəndlərin təsdiqlənməsinin qadağan edilməsinə səs verib.

29 yanvar iclasında parlamant eyni zamanda ABŞ, Avropa İttifaqı, Çin, Hindistan və Meksikadan olan peyvəndlərin qeydiyyatı prosesini asanlaşdırıb.

Ukrayna hələ ki, indiyə qədər peyvəndləmə prossesinə başlamayıb.

Hökumət fevral ayında qlobal COVAX təşəbbüsü çərçivəsində Pfizer-BioNTech peyvəndlərin 100.000 ilə 200.000 dozasının alınmasının gözləndiyini bildirib. Rəsmi dairələr 2014-cü ildə Krımının qanunsuz ilhaqı və Ukraynanın şərqindəki separatçılara davamlı dəstəyi səbəbi ilə əlaqələri gərgin olduğu üçün Rusiya peyvəndlərini təsdiqləməyəcəyini və istifadə etməyəcəyini bildirib.

Münaqişə 14 mindən çox insanın ölümünə səbəb olub.

"Bir siyasi qüvvə Rusiya peyvəndinin qeydiyyatı ilə bağlı bir qədər isteriya yaratdı" deyə Ukraynanın səhiyyə naziri Maksim Stepanov televiziya brifinqində bildirib.

"Bunu bir daha deyəcəm, çox uzun müddət isterik ola bilərsiniz, lakin heç kim Rusiya peyvəndini bu ölkədə qeydiyyatdan keçirməyəcək".

Səhiyyə Naziri son həftələrdə yeni yoluxmaların, ölümlərin və xəstəxanaya yerləşdirilmələrin də davamlı azaldığını qeyd edib.

Ukraynada ötən ilin mart ayından bəri 1,2 milyondan çox yoluxma və 22 mindən çox ölüm halı qeydə alınıb.