Ukrayna NATO-ya üzv olmayacaq

Ukrayna NATO-ya üzv olmayacaq

Ukrayna xarici işlər naziri ölkəsinin daha NATO-ya üzv olmaq məsələsinin gündəmdə olmadığını bildirib.

Ukrayna xarici işlər naziri ölkəsinin daha NATO-ya üzv olmaq məsələsinin gündəmdə olmadığını bildirib.Rusiya xəbər agentliyi İnterfaks xarici işlər naziri Konstantin Xrışçenkoya istinadən bildririr ki, Ukrayna hərbi aliansla ələqalərini inkişaf etdirməyə davam edəcək, lakin NATO-ya üzvlük məsələsini gündəmdən çıxarır.

İnterfaks bildirir ki, Xrışçenko cümə axşamı görüş zamanı bu fikrin ölkə əhalisinin əksəriyyəti tərəfindən dəstəklənmədiyini və ölkənin xarici siyasətinə mənfi təsiri olduğunu deyib.

ABŞ-ın rəhbərlik etdiyi aliansa qoşulmaq Ukraynanın qərb yönümlü keçmiş prezidenti Viktor Yuşşenkonun əsas siyasi məqsədlərindən biri idi.Bu istək cənab Yuşşenkonun prezidentliyi dövründə Rusiya ilə münasibətlərin pisləşməsinin səbələrindən biri idi.Fevral ayında hakimiyyətə gələn hazırkı prezident Viktor Yanukoviç belə məqsədi olmadığını açıq bildirib.