Şalom Aleyxemin Kiyevdəki heykəli vandalizmə məruz qalıb

Ukraynanın paytaxtı Kiyevdə naməlum vandallar idiş dilində yazan görkəmli yəhudi yazıçısı Şalom Aleyxemin heykəli üzərinə svastika çəkib.

Ukraynanın baş ravvini Moşe Ruvin Azman bazar ertəsi Şalom Aleyxemin Kiyev sinaqoqunun yaxınlığındakı heykəkinin üzərindəki qırmızı rənglə çəkilmiş svastikanın şəkillərini paylaşıb.

Polis cinayət işi ilə bağlı istintaqa başlıayıb.

Ukraynanın xarici işlər naziri Vadim Pristayko özünün Tweer səhifəsində anti-semitizm davranışını qınayaraq, bunu “iyrənc və dəhşət” adlandırıb və təcili istintaqa çağırıb.

İsrailin Ukrauynadakı səfiri Coel Lion “Ukrayna oyanmalı" - deyə, yazaraq, hökuməti günahkarları tapmağa və məsuliyyətə cəlb etməyə çağırıb. O, həmçinin xalqın nifrətə qarşı maarifləndirilməli olduğunu bildirib.

Ukraynada bundan əvvəl də yəhudi qəbiristanlıqlarında və Holokost abidələrində çoxsaylı vandalizm hadisələri baş verib. Ölkədəki sinaqoqlar və yəhudi təsisatlarının divarlarında nifrət nümayiş etdirən qrafitilər çəkilib.