Ukraynada döyüşlər azalıb [Təhlil]

Donetsk ətrafında şiddətli döyüşlər səngiyib

Şərqi Ukraynada hökümət qüvvələri və Rusiyanın dəstəklədiyi üsyançılar arasındakı döyüşlər azalıb. Prezident Vladimir Putin isə artıq bir həftədir davam edən və onsuz da qeyri-sabit atəşkəsə təhlükə yaradan sıx qarşıdurmalara görə Kiyevi günahlardırır.

Müharibə tərəfdarları Ukrayna hərbisinə zərbə endirilməsini istəyirlər və bunun destabilizasiya yaradacağını və beləliklə Kiyev rejiminin çökəcəyini düşünürlər

Ukraynanın hərbi sözçüsü Oleksandr Motuzyanik deyib ki, üç gündə ilk dəfə olaraq onların mövqelərinə qarşı üsyançı hücumu 100-dən az olub.

Motuzyanikin sözlərinə görə, hücumlar əsasən cəbhə bölgəsində azalıb, üsyançıların dayaq nöqtəsi olan Donetsk ətrafında gedən şiddətli döyüşlər səngiyib. O, son 24 saat ərzində bir Ukrayna əsgərinin öldüyünü, digərinin isə yaralandığını bildirib.

Qondarma Donetsk Xalq Respublikasının üsyançı sözçüsü Eduard Basurin döyüşlərin azalmasını ATƏT-in Ukrayna monitoriq missiyasının sədr müavini Aleksandr Haqın səfəri ilə əlaqələndirib. O, üsyançıların dayaq nöqtəsi olan Donetsk şəhərini ziyarət edib. Orada cari ayın əvvəli ATƏT-in dörd zirehli maşını yandırılıb.

Bu ay Ukraynada fevral ayında atəşkəs imzalanandan bəri ən şiddətli döyüşlər baş verib. Basurin ötən həftə Ukraynanın üsyançıların nəzarət etdiyi əraziləri bombalaması nəticəsində 17 mülki şəxsin həlak olduğunu və 45 nəfərin yaralandığını bildirib. Üsyançıların rəqəmləri müstəqil şəkildə tez bir zaman təsdiq olunmasa belə, gecə yarısı baş verən qarşıdurma nəticəsində 9 nəfər həlak olub.

Vladimir Putin Krımda

Basurin Mauripola qarşı hücumlara görə Ukrayna qüvvələrinin məsuliyyət daşıdığını iddia edib, baxmayaraq ki, Mauripol hökümətin nəzarətindədir. O, bu məsələni ATƏT-in nümayəndəsi cənab Haqla müzakirə edəcəyini deyib.

ATƏT hər iki tərəfin atəşkəsi pozaraq əraziyə ağır silahlar gətirdiyini bildirir.

Kiyev və ABŞ daxil olmaqla, digər Qərb dövlətləri Rusiyanın dəstəklədiyi üsyançıların hücuma başladığını iddia edir və onların qışdan öncə böyük hücum həyata keçirəcəyi barədə narahatlıqlarını ifadə edib. Ukrayna rəsmiləri deyir ki, minlərlə Rusiya qoşunları üsyançıları nəzarət etdikləri bölgələrdə həmçinin Ukrayna ilə böyük sərhəddə dəstəkləyirlər.

“Biz genişmiqyaslı müharibənin başlamasından yarım addım uzaqlıqdayıq. Başlasa, müharibə çox qısa- bir neçə həftə- davam edəcək,” deyə Moskvada fəaliyyət göstərən Novaya Qazeta qəzetinin köşə yazarı və müdafiə təhlilçisi Pavel Felgenhauer deyir.

Rusiyanın fikrincə Ukrayna müstəqil ola bilər, amma Rusiya hakimiyyətinin, Rus Dünyası-nın (Russkiy Mir) bir parçası olmaq şərtilə

Rusiyanın ilhaq etdiyi Krıma səfər edən prezident Vladimir Putin döyüşlərə görə Kiyevi günahladırırb. Rusiya mətbuatı cənab Putinə istinadən bildirib ki, o, şərqi Ukraynadakı vəziyyətin genişmiqyaslı döyüşə dönməməsini ümid edir. Felgenahuer deyir ki, Rusiya və üsyançılar daha çox sanskiyaların tətbiq olunmasının qarşısını almaq məqsədilə günahı Ukraynanın üzərinə atır. Bu arada Moskva gələcək addımları üzərində düşünür.

“Müharibə tərəfdarları Ukrayna hərbisinə zərbə endirilməsini istəyirlər və bunun destabilizasiya yaradacağını və beləliklə Kiyev rejiminin çökəcəyini düşünürlər. Sülh tərəfdarları isə bu riskin alınmasının və nəticədə yeni sanksiyalarla üzləşmək ehtimalının əleyhinədirlər. Onlar Ukraynanın birbaşa hərbi hücum olmadan parçalacağına inanırlar,” deyə Felgenhauer bildirir.

O qeyd edir ki, hər bir halda Rusiyanın məqsədi Ukraynanın parçalanmasıdır, ən azından hazırkı rejimin parçalanaraq yeni Ukraynanın yaranması.

Yeni döyüşlər gələn həftə Ukraynanın müstəqilik gününün keçiriləcəyi ərəfəyə təsadüf edir. Felgenahuer döyüşlərin bu tarixlə əlaqəsi olmadığını düşünür və Rusiyanın sadəcə müstəqil Ukrayna görmək istəmədiyini deyir. O bildirir: “Rusiyanın fikrincə Ukrayna müstəqil ola bilər, amma Rusiya hakimiyyətinin, Rus Dünyası-nın (Russkiy Mir) bir parçası olmaq şərtilə."

Ötən il Ukraynada keçirilən etirazlar nəticəsinə Kremlin dəstəklədiyi prezident Viktor Yanukoviç devrilərək, hakimiyyət Qərbə yaxın olan liderlərə köçürülüb. Bundan sonra Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib. Yanukoviç Rusiyaya qaçıb, Kreml isə Ukraynanın şəqindəki üsyançıları dəstəkləməyə başlayıb, lakin hər hansı bir hərbi dəstəyi təkzib edir.

Birləşmiş Millətlər Təşkilatı 2014-cü ilin aprel ayında Rusiyanın dəstəklədiyi üsyançılar ölkənin şərqindəki hökümət binalarını ələ keçirdikdən bəri 6400 nəfərin həlak olduğunu təxmin edir.