Separatçılarla Ukrayna rəsmiləri arasında danışıqlar nəticə verməyib

Ukrayna hökumətinin rusiyapərəst separatistlərlə apardığı danışıqların ilk günü başa çatsa da, Rusiya sərhədi yaxınlığında səkkiz aydır davam edən müharibənin dayandırılması istiqamətində razılaşma əldə olunmayıb.

Rəsmilər Belarusda keçirilən danışıqların çox mürəkkəb keçdiyini bildirib.

Separatistlərin lideri növbəti danışıqlarla bağlı gün təyin edilmədiyini deyib.

Sentyabr ayında əldə olunan atəşkəs dəfələrlə pozulub. Aprel ayından bu günə qədər döyüşlər zamanı 4700 insanın həlak olduğu deyilir.