Ukrayna korrupsiyaya qarşı mübarizədə Qərbi dəstək verməyə çağırır [Video]

Your browser doesn’t support HTML5

Ukrayna korrupsiyaya qarşı mübarizədə Qərbi dəstək verməyə çağırır

Prezident Viktor Yanukoviç hökümətinin devrilməsinə gətirib çıxaran inqilabdan üç il sonraUkraynanın korrupsiyaya qarşı mübarizə apara bilməməsinə dair ittihamlara baxmayaraq, hökümət qərb ölkələrini Ukraynanın islahat səylərini dəstəkləməyə çağırır. Fəallar deyir ki, dövlət xəzinəsindən milyardlarla dollar dəyərinə pul oğurlanıb və onların çoxu ofşor hesablarda saxlanılır. Prokurorlar isə Ukraynanın oğurlanmış pulları geri qaytarmaqda bir çox çətinliklərlə üzləşirlər.

Oğurlanmış pulları müsadirə etmək üçün Saxtakarlıq idarəsi ilə təkcə Ukrayna deyil, Kipr, Latviya və Britaniyaya məxsus Vircin adaları da əməkdaşlıq etməlidir.
Oliver Bullou

Ukraynanın prezidenti Petro Poroşenko çərşənbə günü Britaniyaya səfər edib və orada Qərbi onun korrupsiyaya qarşı səylərini dəstəkləməyə çağırıb.

“Bizim sizin Ukraynadakı islahatlara güclü dəstəyinizə ehiyacımız var”, deyə o bildirib.

2014-cü ildə baş verən üsyandan bir neçə həftə sonra Britaniyada Ukrayna dövlətindən oğurlanmış pulların geri qaytarılması ilə bağlı konfrans keçirilmişdi. Bu görüş zamanı Britaniyanın Saxtakarlıq İdarəsinin Londondakı bankdan Kiprə 30 miyon dolların transferinin qarşısını aldığı açıqlanmışdı.

Bu pul Ukraynanın keçmiş təbii sərvətlər naziri Mikola Zloçevskiyə məxsus idi və vergi cənnətlərində fəaliyyət göstərən anonim şirkətlərdə saxlanılırdı.

Zloçevski məsələ ilə bağlı London məhkməsinə müraciət etdi. Hakim isə ukraynalı prokurorların təqdim etdiyi dəlillərin pulların oğurlandığını sübut etmək üçün yetərli olmadığına və pulların Zloçevskiyə geri qaytarılmasınına dair qərar verdi.

Petro Poroşenko

“Ukraynalı prokurorlar Saxtakarlıq idarəsinin açdığı məhkəmə işinin aparılmasına qeyri-mümkün etdi. Bu, sadəcə korrupsiya məsələsi deyil. Bu, həm də dərin oturuşmuş səriştəsizlik məsələsidir”, deyə Oliver Bullou bildirir.

Kiyevdən şimalda imarətə sahib olan Mikola Zolçevski ittihamları rədd edir. O, Ukraynada ona qarşı sürülən korrupsiya ittihamlarından bəraət qazanıb.

"Oğurlanmış pulları müsadirə etmək üçün Saxtakarlıq idarəsi ilə təkcə Ukrayna deyil, Kipr, Latviya və Britaniyaya məxsus Vircin adaları da əməkdaşlıq etməlidir. Bu isə o deməkdir ki, bir nəticə əldə etmək üçün bir neçə qanun mühafizə orqanı birgə işləməlidir”, Oliver Bullou deyir.

Hökümət göstəricilərinə əsasən, 2014-cü ildə Ukraynanın xarici investisiyasının 92 faizi vergi cənnəti olan Kiprə gedib.

Ukraynalı prokurorlar Saxtakarlıq idarəsinin açdığı məhkəmə işinin aparılmasına qeyri-mümkün etdi. Bu, sadəcə korrupsiya məsələsi deyil. Bu, həm də dərin oturuşmuş səriştəsizlik məsələsidir.
Oliver Bullou

Bu arada isə hər il Londonda 100 milyard dollar dəyərində çirkli pul yuyulur. Bir çox vergi cənnəti də elə Britaniyanın xarici ərazilərində yerləşir. Yeni qəbul olunmuş “faydalı mülkiyyət” qanunları cinayətkarların sərvətlərini gizlətmələrinin qarşısını almaq məqsədi daşıyır. Tənqidçilər isə bu qanunların həyata keçəcəyinə inanmır.

“Dövlət orqanlarının bu sərvətləri axtarıb tapa bilmək üçün lazımı resurslara sahib olduqlarını bilmək çox gözəldir”, Nik Koçan deyir.

Belə görünür Ukraynada islahat səylərini dayandırırıb. Kiyevdə fəaliyyət göstərən Korrupsiyaya Qarşı Fəaliyyət Mərkəzi 2016-cı ilin ilk doqquz ayında hökümətin oğurlanan pullardan 6 minini geri qaytara bildiyini deyir. Bu isə onların hədəfində olan 320 milyon dolların çox kiçik bir hissəsidir.