Rusiya Ukraynanın şərqində daha bir kəndi ələ keçirdiyini bildirib

Rusiya Müdafiə Nazirliyi bazar ertəsi Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynaya məxsus 22 pilotsuz təyyarəni vurduğunu bildirib.

Nazirlik Bryansk vilayəti üzərində 15, Rusiyanın işğalı altında olan Krım üzərində 6, Lipetsk vilayəti üzərində isə 1 pilotsuz uçan aparatını məhv etdiyini bildirib.

Rusiya-Ukrayna sərhədində yerləşən Bryansk və Rusiyanın daha cənub-qərb bölgəsi olan Lipetsk rəsmiləri hücumlar nəticəsində tələfat və dağıntıların olmadığını bildirib.

Rusiyanın sərhəddəki Kursk vilayətinin qubernatoru Aleksey Smirnov Telegram kanalında Rusiya Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynanın 3 pilotsuz təyyarəsini vurduğunu bildirib.

Ukrayna ordusu bazar ertəsi Rusiyanın bir çox bölgəyə hava hücumları ilə bağlı xəbərdarlıq edib.

Dnepropetrovsk qubernatoru Serhiy Lısakın Telegram kanalında bildirduiyinə görə, Rusiya onlarla pilotsuz təyyarə və artilleriya hücumları həyata keçirib, bir neçə ev zədəlin, lakin xəsarət alan olmayıb.

Sumı rəsmiləri həmçinin Rusiyanın raket və pilotsuz uçuş aparatların hücumları barədə məlumat verib.

Müdafiə Nazirliyi eləcə də bildirib ki, Rusiya qoşunları Ukraynanın cənub-şərqində kiçik bir kəndi ələ keçirib. Bu, Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı əldə etməkdə davam etdiyi uğurdur.

Ukrayna rəsmiləri bazar günü Rusiyanın Donetsk şəhərinin qərbində, Mokrıy Yalı çayı boyunca yerləşən bir neçə yaşayış məntəqəsindən biri olan Urojayneni ələ keçirdiyi iddiası ilə bağlı şərh verməyib.

Hazırda ən şiddətli döyüşlər Donetskin şimalındakı keçmiş mədən şəhəri Toretskdə və daha şimaldakı Çasiv Yar yaxınlığında gedir.

Mayın əvvəlində Rusiya Xarkiv vilayətinə lokallaşdırılmış hücuma başladıqdan sonra Ukrayna müdafiəsini sabitləşdirmək üçün daha təcrübəli birləşmələrinin çoxunun yerini dəyişməyə məcbur olub. Lakin bu, həm Ukrayna bölmələrinin zəifləməsinə və Rusiyanın istifadə etməyə çalışdığı cəbhə xətti boyu boşluqlara səbəb olub.

Həm Rusiya, həm də Ukrayna qoşunları müntəzəm elektrik enerjisi kəsilməsindən əziyyət çəkən Ukraynanın bir çox şəhərlərində həyatı acınacaqlı edən isti hava şəraiti ilə mübarizə aparır.