Ukraynalı fermer Yuri Vovçenko üçün Rusiyanın işğalı altında işləmək, onun sözləri ilə desək “ölü ferma işçiləri və yaralı mal-qara” demək idi. Rusiya qüvvələri ərazini 2022-ci ilin sentyabrında tərk etsə də, geridə onun tarlalarına yerləşdirilmiş minaları qoyub gediblər.
43 yaşlı Yuri Vovçenkonun ailəsi artıq beş nəsildir Xarkiv regionunda əkinçiliklə məşğuldur. Yuri bu gün də müharibə şəraitində, aylarla Rusiyanın işğalı altında qalmasına rəğmən bunu etməyə davam edir.
Ruslar artıq gedib, amma onların onun tarlalarına yerləşdirdikləri minalar qalıb. Bu, Vovçenko və onun işçilərini 6000 hektardan çox ərazini əl ilə təmizləməyə məcbur edib.
"Bu tarlalarda gəzmək, torpağı əkin üçün hazırlamaq çox təhlükəli idi. Amma biz bunu sağ qalmaq üçün edirik - əgər bu il etməsək, növbəti il sağ qalmaq ümidi azalacaq," o deyir.
Vovçenko əkdiyi toxumları Ukraynanın mərkəzində bir fermerdən alır. Onun ehtiyatları 2022-ci ilin martından 2022-ci ilin sentyabrına qədər bölgəni işğal edən ruslar tərəfindən yandırılıb. Vovçenko daim dəhşət hissi keçirdiyini xatırlayır.
“Onlar bizi nasist adlandırırdılar. Sən də sənə silah doğruldan insanla mübahisə edə bilməzsən…” - Vovçenko deyir.
O, onların mal-qaranı tövlələrə bağladıqlarını və yerlilərin heyvanlara yem vermələrinə icazə vermədiklərini xatırlayır.
O deyir ki, onlar həmçinin tövlədə mal-qaranın yanına piyada əleyhinə minalar yerləşdiriblər. Vovçenkonun bir zamanlar 2000-dən çox inəyi var idi, amma onlardan yalnız 200-ü sağ qalıb:
“İnəklər hərəkət edir, minaların üstünə basıb, partlayaraq parça-parça olurdular. Çoxuna da qəlpələr dəyirdi – yəni, bir inək minaya basanda, yanındakı iki-üç inəyə qəlpə dəyirdi və onlar qanaxmadan ölürdü.”
Müharibən əvvəl Vovçenko Ukraynada fəaliyyət göstərən Fransız qatıq istehsalçısı ilə işləyirdi. Bu gün isə o, ən azından bir az pul qazana bilmək üçün südünü yerli bazarda satır. Əldə etdiyi gəlir işçilərinə ödəniş etməyə gedir.
Onun təxmilərinə görə, müharibə başlayandan bəri Ruisyanın işğalı ona 15 milyon dollara başa gəlib. Bu zərər yerinə qoyula bils’ dƏ, bəzi itkiləri bərpa etmək mümkün deyil. İşğal zamanı Rusiya qüvvələri onun altı işçisini ələ keçirərək, onlara işgəncə verib və canlı-canlı yandırıb.
"İşğala son qoyulandan sonra DNT analizi zirzəmində yandırılanların bizim insanlar olduğunu göstərdi," Vovçenko bildirir.
Müharibədən əvvəl Vovçenkonun ferması 250 nəfəri işlə təmin edib. Bu gün bura Balakliya qəsəbəsində əhalini işlə təmin edən tək-tük yerlərdən biridir.