Ukraynanın müdafiə naziri əvəzlənəcəyinə dair şayiələr fonunda dəstəyə görə minnətdarlıq edib

Oleksii Reznikov

Ukraynanın müdafiə naziri Oleksii Reznikov çərşənbə axşamı tvit ataraq bildirib ki, “hətta müharibə zamanı belə” islahatlar davam edir. Bu, dövlət səviyyəsində bir sıra istefalar, işdən çıxarılmalar və onun özünün əvəzlənəcəyi ilə bağlı söz-söhbətlərin olduğu bir vaxta təsadüf edir.

“Hamınıza dəstəyinizə və konstruktiv tənqidinizə görə təşəkkür edirəm. Biz nəticələr çıxarırıq,” Reznikov deyib.

Ukrayna prezidenti Volodimir Zelenski parlament üzvünün Reznikovun başqa bir vəzfiəyə təyin olunacağına dair sözlərini şərh etməyib.

Zelenski bazar ertəsi gecə müraciətində deyib ki, onun hökuməti “idarəçilik vəzifələrimizi gücləndirir,” o cümlədən sərhəd və cəbhə xəttindəki regionlara “hərbi təcrübəyə malik idarəçilər” təyin edir.

Reznikov deyib ki, o, istefa etməyi planlaşdırmasa da, onun gələcəyi ilə bağlı hər hansı bir qərarı prezident verə bilər.

Zelenski hökumətinin yanvar ayında kabinetindəki dəyişikliklərə müdafiə nazirinin müavini Viaçeslav Şapovalovun istefası daxildir. O, Ukrayna qüvvələrinə maddi-texniki dəstəyə cavabdeh idi. O, istefasına ərzaq tədarükü ilə bağlı qalmaqalı səbəb göstərib, amma bunda əli olduğunu inkar edir.

Ukrayna rəsmiləri xəbərdarlıq edir ki, Rusiya hərbi müdaxilənin birinci ildönümü yaxınlaşdığı bir vaxt irəliləyişlərini göstərmək üçün böyük ehtimalla yanvarın əvvəlindən yenidən hücuma keçməyə çalışır və məqsədi “Donetsk vilayətinin Ukraynanın nəzarətində olan qalan hissələrini ələ keçirməkdir.”

Britaniyanın qiymətləndirməsində deyir ki, “çətin ki, Rusiya növbəti həftələrdə müharibənin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərmək üçün lazım olan qüvvələri toplaya bilsin.”

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi xəbərdarlıq edib ki, o, Rusiya-Ukrayna müqanişəsininin eskalasiya etmək ehtimalıının dünyanın “daha genişmiqyaslı müharibəyə” doğru getdiyinə işarə etdiyindən narahatdır.

“Sülh perspektivləri getdikcə azalır. Eskalasiya və qırğın ehtimalları artmaqda davam edir” – deyə o, Nyu Yorkdakı diplomatlara deyib. “Mən dünyanın yuxulu ikən daha genişmiqyaslı bir müharibəyə doğru getdiyindən qorxmuram. Qorxuram ki, o, gözləri açıq şəkildə bunu edir.”

Ukrayna Rusiya qüvvələrini dəf etmək üçün Qərbdən daha çox silah gözlədiyi bir vaxt, İsveçrə neytral dövlət kimi əsrlər boyu qoruduğu ənənəni pozmağa yaxındır. Belə ki, ictimai və siyasi sektoru Ukraynayönümlü əhval-ruhiyyə bürüyüb və bu, hökumətə İsveçrə silahlarının ixracına qoyduğu qadağanı aradan qaldırması üçün təzyiq göstərir.

1815-ci ildən bu yana davam edən və 1907-ci ildəki müqavilə ilə təsbit edilən İsveçrə neytrallığı altında ölkə müharibədə döyüşənlərə birbaşa və ya dolayı yolla silah göndərmir.

Qanunvericilər bu məsələdə fikir ayrılığı yaşayırlar.

“Biz neytral olmaq istəyirik, amma biz Qərb dünyasının bir hissəsiyik,” mərkəz-sağçı FDP partiyasının lideri Tierri Burkat deyib. O, hökumətə İsveçrə ilə oxşar demokratik dəyərlərə malik ölkələrə silahların təkrar ixracına icazə verilməsi üçün hökumətə müraciət irəli sürüb.