Zelenski nüvə stansiyasının atəşə tutulmasını qlobal narahatlıq adlandırıb

Ukrayna prezidenti Volodimir Zelenski cümə axşamı gecə etdiyi gündəlik müraciətində deyib ki, Avropanın ən böyük atom elektrik obyekti olan Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasının ətrafında “Rusiya tərəfindən daha bir atəş qeydə alınıb”.

“Hələ heç bütün dünyanı təhdid etmək üçün kim nüvə stansiyasından belə açıq şəkildə istifadə etməyib. Və bütün dünyada hər kəs buna dərhal reaksiya verməlidir ki, işğalçılar Zaporojye Atom Elektrik Stansiyasının ərazisindən çıxarılsın. Bu, təkcə Ukraynanın ehtiyacı deyil, bütün dünyanın marağında olan şeydir” - deyə, Zelenski bildirib.

Ukrayna və Rusiya nüvə stansiyasının atəşə tutulmasında görə bir-birini ittiham edir.

BMT-nin Baş katibi Antonio Quterreş açıqlamasında “həmin sahə heç bir hərbi əməliyyatın bir hissəsi kimi istifadə edilməməlidir. Bunun əvəzində ərazinin təhlükəsizliyini təmin etmək üçün demilitarizasiyanın təhlükəsiz perimetri ilə bağlı texniki səviyyədə təcili razılığa ehtiyac var” deyib.

Zelenski eləcə də deyib ki, cümə axşamı o, müharibələr və təbii fəlakətlərdən əziyyət çəkən ölkələrdə insanları qida ilə təmin edən beynəlxalq humanitar World Central Kitchen təşkilatının təsisçisi, aşpaz Xose Andreslə görüşüb.

“Rusiyanın ölkəmizə qarşı genişmiqyaslı müharibəsinin ilk günlərindən onun təşkilatı Polşa ilə sərhəddə miqrantlar üçün işləməyə başlayıb. Sonra isə Ukraynanın bir çox şəhərlərində fəaliyyətə başlayıb və vətəndaşlarımız üçün 130 milyondan çox yemək hazırlanıb” deyib Zelenski.

Reuters xəbər agentliyinin məlumatına görə, cümə günü Ukraynaya 23 ton taxıl yüklənəcək bir gəminin girəcəyi gözlənilir. Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov twitter səhifəsində yazıb ki, gəmi taxılı Efiopiyaya aparacaq. Bununla, Ukrayna limanlarını ərzaq məhsulları ilə tərk edən gəmilərin sayını 14-ə çatdıracaq.