Ukrayna müharibəsi qadınların iş yerlərindəki rollarını dəyişir

Your browser doesn’t support HTML5

Ukrayna müharibəsi qadınların iş yerlərindəki rollarını dəyişir

Ukraynadakı müharibə qadınların iş yerlərində rolunda qalıcı dəyişikliklər vəd edir. Lesya Bakalets traktor sürməyi öyrənən qadınlardan məsləhət almaq üçün Ukraynanın Mikolayiv vilayətinə gedib. Bu iş son vaxtlara qədər kişilərin müstəsna sahəsi idi.

Mühərriki işə salın, əyləcə basın və kultivatoru endirin. Natalya Komnatna artıq bunları əzbər bilir. Tələbə Traktor Sürücüsü Natalya Komnatna: "Əyləcləri bir az buraxıram və davam edirəm."

Mikolayiv bölgəsindəki bu günəbaxan tarlası bu təcrübə üçün iş yeridir. Komnatna traktorçuluq kursunu yenicə bitirsə də, lakin onun yenə də təlimatçının köməyinə ehtiyacı ola bilər. Təlimatçı Oleq Borısov: "O, xüsusilə ilk cəhdlərində daha yaxşıdır."

Təlimatçı Oleq Borısov deyir ki, əvvəlcə qadına traktor sürməyi öyrətmək qəribə hiss idi, çünki Ukraynada bu, kişi peşəsi sayılırdı. Amma artıq belə deyil.

Belə bir ideya ilə onun müdiri və şirkətin direktoru Oleksiy Tsurika çıxış edib. Yerli Kənd Təsərrüfatı Şirkətinin Direktoru Oleksiy Tsurika: "Bizim adamlarımız Ukraynadakı müharibəyə görə Silahlı Qüvvələrə səfərbər olunub və onları kimsə əvəz etməlidir. Bizdə işləmək üçün insan çatışmazlığı var. Ümumilikdə kişi işçilərin 30%-i artıq işdən çıxıb".

Tsurikanın ideyası Avropa İttifaqının dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun həyata keçirdiyi "WE ACT" layihəsi tərəfindən dəstəklənib. "WE ACT" Layihəsindən Olqa Stepanenko: "Bizim layihəmiz qadınlar və qadınların imkanlarına yönəlib. Təkcə Mikolayiv vilayətində beş məşğulluq mərkəzimiz var. Biz qadınlara özlərini ifadə etməyə və lazım gələrsə, onları yenidən öyrətməyə yardım edirik".

"WE ACT" layihəsi dörd cəbhə bölgəsində işləyir. Traktorçu kursu qadınların yenidən hazırlanması üçün açılan ilk kurslardandır. Layihə çərçivəsində avtomobillərin diaqnostikası kursu da təklif olunur və tezliklə qadın yük maşını sürücülərinin hazırlanmasına başlanılması planlaşdırılır.

Natalya Komnatna deyir ki, indi o, ailəsini dolandıra və icmasına yardım edə bilər. "Mən bilirəm ki, həyat yoldaşım səfərbər olsa, ailəmi, özümü təmin edə bilərəm. Artıq ilk tapşırığım olub, qonşum üçün üç hektar torpağı becərdim".

Komnatna bir gün öz tarlalarına və traktoruna sahib olmağı xəyal edir. Hələlik o, təlimlərə davam edəcəyini deyir.