Ukrayna Rusiyanın hücumu nəticəsində 8 nəfərin yaralandığını bildirir

Ukrayna çərşənbə axşamı bildirib ki, Rusiyanın ölkənin iki hissəsinə hava hücumları ən azı səkkiz nəfərin ölümü ilə nəticələnib

Ukraynanın cənubundakı Xerson bölgəsində Rusiyanın hava hücumları və artilleriya atəşi nəticəsində dörd nəfər yaralanıb, bir sıra evə ziyan dəyib. Bu barədə daxili işlər naziri İqor Klimenko sosial mediada yazıb.

Klimenko həmçinin bildirib ki, Rusiyanln Ukraynanın şimal-şərqində Xarkiv regionuna hücumu dörd nəfərin yaralanmasına gətirib çıxarıb.

Ukrayna və Rusiya çərşənbə axşamı ordularının düşmənin pilotsuz su aparatları tərəfindən hücumların qarşısını aldıqlarını bildirib.

Rusiyanın müdafiə nazirliyi Qara Dənizin şimal hissəsində Ukraynanın üç qayığını məhv etdiyini bildirib.

Rusiya da həmçinin Qara Dəniz donanmasının olduğu Sevastopol limanı yaxınlığında “təxribat əleyhinə” əməliyyat apardığını bildirib.

Ukrayha hava qüvvələri müdafiə sisteminin Rusiyanın Krımdan göndərdiyi altı dronu vurub.