Ukrayna hökuməti “beynəlxalq legiona” xariciləri cəlb etmək üçün internet saytı açıb

Ukrayna hökuməti Prezident Volodimir Zelenskinin xariciləri dəfələrlə ölkəsinin müdafiəsinə qoşulmağa çağırmasından sonra işğalçı rus qoşunlarına qarşı döyüşmək üçün “beynəlxalq legion”a xarici könüllər cəlb etmək üçün vebsayt açıb.

Zelenskinin ofisini vebsaytın açılışını martın 5-də elan edib və bildirib ki, Ukraynaya yardım etmək isəyən xaricilər vebsaytda təcavüzkara qarşı haqlı döyüşə qoşulmaqla bağlı ətraflı, addım-addım təlimatları tapa bilərlər.”

Ofis həmçinin insanların müvafiq ölkələrində Ukrayna Səfirliyinə müraciət etmələtini tövsiyə edib.

Xarici münaqişələrdə bu cür iştirak bir çox ölkədə qadağandır.

BMT-nin 2001-ci il Muzdlu Əsgər Konvensiyası muzlu döyüşçülərin döyüşə cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təlimini qadağan edir.

Ukrayna hökumətinin yaratdığı vebsaytda bildirilir ki, hökumətlə müqavilə Ukraynaya gəldikdə imzalana bilər.

Zelenksi bir neçə dəfə Ukraynanın Ukrayna qüvvələrinin Rusiya qoşunlarının hərbi müdaxiləsinə qarşı mübarizəsinə qoşulmaq istəyən xariciləri xoş qarşılayacaq.

O, xarici könüllülərin Ukraynaya vizasız girişinə icazə verən sərəncam imzalayıb və bu sərəncam martın 1-də qüvvəyə minib.

Xarici İşlər naziri Dmitro Kuleba martın 2-də deyib ki, 1000-dən çox döyüşçü Ukrayna ordusuna qoşulmaq istəyini ifadə edib.

Müdafiə Nazirliyi martın 5-də deyib ki, xarici ölkələrdən döyüşə qoşulmaq üçün 66 min kişi geri dönüb.

Ukrayna rəsmiləri 18 ilə 60 yaş arasında olan kişilərin ölkəni tərk etməsini qadağan edib.