Ukraynanın Atom Elekrtik Stansiyası təhlükədədir

Rusiya rəsmisi cümə axşamı bildirib ki, o, ölkənin cənubunda, Ukraynanın Rusiyanın nəzarətindəki Zaporijye Atom Elektrik Stansiyasına (AES) qarşı hücumun qarşısı alınıb.

Rusiya Təhlükəsizlik Şurasının başçısı Nikolay Patruşev nüvə stansiyasının atəşə tutulmasında Ukrayna qüvvələrini günahlandıraraq, onların "qlobal fəlakətə səbəb ola biləcək Qərb silahlarından" istifadə etdiklərini deyib.

Patruşevin bu bəyanatı Ukraynanın Baş Qərargahının Rusiyanın hücumlarının ölkənin geniş ərazilərini güclü atəşə tutduğunu, infrastruktura və Avropanın ən böyük Zaporijye AES-in enerji təchizatına ziyan vurduğunu bəyan etməsindən sonraya təsadüf edir.

Ukraynanın baş "Energoatom" şirkətinin bildirdiyinə görə, ölkənin cənubundakı zavodun naqilləri zədələndiyi üçün onu dizel generatorlarından asılı vəziyyətə salıb.

Ukraynanın Baş Qərargahı cümə axşamı bildirib ki, "düşmən qüvvələrini müəyyən ərazilərdə cəmləşdirərək, müvəqqəti ələ keçirdiyi əraziləri saxlamağa çalışır".

Hər iki tərəf bir-birinin iddialarını rədd edir. Son məlumatlara görə, Luhansk və Donetskin şərq bölgələrində şiddətli döyüşlər gedir. Rusiyanın Ukraynanın mərkəzində Kriviy Roha, şimal-şərqdə isə Sumi və Xarkivə zərbələr endirdiyi qeydə alınıb.

Cümə axşamı "Böyül Yeddilər" (G-7) demokratik ölkələr qrupu Almaniyanın qərbindəki Müenster şəhərində bir araya gələcək. İkin gün keçiriləcək toplantıda Ukraynaya dəstəyin necə davam etdiriləcəyini müzakirə edəcək. Görüş Rusiyanın enerji infrastrukturuna yeni hücumlarının elektrik enerjisinin geniş kəsilməsinə səbəb olduğu bir vaxta təsadüf edir.

İordaniyada mətbuat konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə axşamı ölkəsinin Birləşmiş Millətlər Təşkilatına Rusiyanın ərzaq ixracını asanlaşdıracaq Qara dəniz taxıl sazişinin bir hissəsinin yerinə yetirilməsinə yardım etməyə çağırdığını bildirib.

Bununla belə, Ukrayna razılaşma ilə bağlı yeni öhdəlik götürmədiyini bildirib. Cümə axşamı Ukraynanın mətbuat katibi Oleq Nikolenko Facebook-da yazıb ki, ölkə heç vaxt Qara dəniz taxıl "dəhlizindən" hərbi məqsədlər üçün istifadə etməyib və heç vaxt da istifadə etmək niyyətində olmayıb.