Ukrayna: Kursk bölgəsinə hərbi müdaxilə Rusiyanı sülh danışıqlarına başlamağa inandırmaq məqsədi daşıyır

Ukrayna prezidenti aparatının rəhbəri müşaviri Mixail Podolyak cümə günü bildirib ki, Ukrayna qoşunlarının Rusiyanın Kursk bölgəsinə hərbi müdaxiləsi Moskvanı ədalətli sülh danışıqlarına başlamağa inandırmaq üçündür.

Podolyak vurğulayıb ki, Ukrayna Kurskın işğalında maraqlı deyil, lakin bu, Rusiyanı Kyivin şərtləri ilə danışıqlara başlamağa məcbur etməlidir.

O, Telegram-da kanalında "Biz Rusiyaya əhəmiyyətli taktiki məğlubiyyətlər verməliyik" yazıb.

Podolyakın dediyinə görə, "biz Rusiya Federasiyasını vicdanlı danışıqlar prosesinə başlamağa inandırmaq üçün Kursk vilayətinin hərbi alət olduğunu aydın şəkildə görürük."

Xatırladaq ki, keçən həftə Ukrayna ordusu Rusiya ərazisinə trans-sərhəd hücuma keçərək, Kursk vilayətinin bir hissəsinə nəzarəti bərqərar edib. Ukrayna rəsmilərinin sözlərinə görə, orada "bufer zonası" yaradılır. Orada Rusiya və ya Ukraynaya getmək istəyən mülki şəxslər üçün humanitar yardımın çatdırılması və təxliyə dəhlizlərinin yaradılması planlaşdırılır.

Ukrayna hökumətinin baş nazirinin müavini İrina Vereşuk Teleqram kanalında "Hərbçilərimiz mülki əhalinin həm Rusiyaya, həm də Ukraynaya təxliyəsi üçün humanitar dəhlizlər açmağı planlaşdırır" deyib.

Sülh danışıqları məsələsində Ukrayna rəsmiləri dəfələrlə vurğulayıblar ki, istənilən sülh sazişi ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında olmalıdır.