Ukrayna qüvvələri Rusiyanın işğalı altında olan Makiyivkaya zərbələr endirib

Ukrayna ordusu çərşənbə axşamı bildirib ki, Ukraynanın şərqindəki Donetsk vilayətində Rusiya qüvvələrinə məxsus birləşməni məhv edib.

Ukrayna hücumun Rusiyanın işğalı altında olan Makiyivka bölgəsində baş verdiyini bildirib.

Rusiya rəsmiləri Ukraynanın hücumu nəticəsində 1 mülki şəxsin həlak olduğunu, 36 nəfərin isə yaralandığını deyib.

Ukrayna və Rusiya bir-birinə qarşı Ukraynanın cənub-şərqində Rusiyanın nəzarətində olan Zaporijye Atom Elektrik Stansiyasına hücum planlaşdırdığına dair ittihamlar irəli sürüb.

Həmin yer Rusiyanın 2022-ci ilin fevralındakı işğalından sonra münaqişənin mərkəzinndən biri olub.

Birləşmiş Millətlər Təşkilatının Nüvə Nəzarəti Agentliyi dəfələrlə Rusiya və Ukraynanın bir-birini ittiham etdiyi bölgədə baş verən atışmaların fəlakət potensialı barədə xəbərdarlıq edib.

Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığında məsələni müzakirə etdiyini bildirib.

"Bütün dünya indi dərk etməlidir ki, ümumi təhlükəsizlik işğalçıların zavodda atdıqları addımlara qlobal diqqətdən asılıdır. Rusiya aydın şəkildə dərk etməlidir ki, dünya terrorçuların hansı ssenarilərə hazırlaşdığını görür və buna cavab verməyə hazırdır. Radiasiya dünyada hər kəs üçün təhlükədir və Atom Elektrik Stansiyası istənilən radiasiya hadisələrindən tam qorunmalıdır" - deyə, Zelenski çərşənbə axşamı gecə çıxışında bildirib.

Rusiyanın nüvə şəbəkəsini idarə edən Rusiya qurumunun rəhbərinin müşaviri Ukraynanı Zaporojjya zavoduna hücum etmək üçün "yüksək dəqiqlikli, uzaqmənzilli silahlardan" istifadə etməyi planlaşdırmaqda ittiham edib.