Ukraynanın çoxdan gözlədiyi ABŞ tankları ölkəyə çatmaq üzrədir

Ukraynanın sentyabrın 20-də bildirdiyinə görə, ölkənin mərkəzindəki Poltava regionunda Rusiyanın dron hücumu nəticəsində neft emalı zavoduna zərər dəyib.

Qubernator Dmitri Lunin zavodda fəaliyyətin müvəqqəti dayandırıldığını və insan itkisi haqda məlumat olmadığını bildirib.

Dnepropetrovsk vilayətinin qubernatoru Serhiy Lısak Rusiyanın Nikopol və daha üç rayona hücum etdiyini, beş evə zərər dəydiyini bəyan edib.

Ukrayna ordusunun məlumatında hava hücumundan müdafiə qüvvələrinin gecə hücumları zamanı Rusiyanın 24 pilotsuz təyyarəsindən 17-ni vurduğu deyilir.

Ukraynanın Rusiyanın müdafiə xətlərini yarmaq səyləri tezliklə çoxdan gözlənilən və ilk dəfə yanvar ayında söz verilmiş 31 ABŞ istehsalı "M1 Abrams" tanklarının gücündən faydalana bilər.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin sentyabrın 19-da Almaniyada ABŞ-ın rəhbərlik etdiyi 50-yə yaxın ölkənin iştirak etdiyi Ukrayna Müdafiə Əlaqə Qrupunun toplantısı zamanı ABŞ tanklarının gözlənilən tədarükünü elan edərək, koalisiyanın Ukraynaya indi ehtiyacı duyduğunu vermək üçün mümkün olan hər şeyi etdiyini bildirib.

Hərbi rəsmilərdən biri toplantıda naziri müşayiət edən jurnalistlərə bildirib ki, ABŞ tankları artıq Avropadadır və yaxın günlərdə Ukrayna ərazisinə keçməyə başlayacaq.

Ukrayna qüvvələri "M1 Abrams" tanklarında təlimlərə iyun ayında başlayıb.