Ukrayna rəsmilərinin bazar ertəsi bildirdiyinə görə, Rusiya keçən gecə paytaxt Kyiv də daxil olmaqla, Ukraynanı pilotsuz uçuş aparatları ilə hədəf alıb.
Şəhər rəsmiləri Ukraynanın hava hücumundan müdafiəsinin əsasən Kyivi qorumağa çalışdığını, lakin vurulan pilotsuz təyyarələrin parçalarının şəhərin bəzi hissələrinə ziyan vurduğunu bildirib.
Kyiv meri Vitali Kliçko bazar ertəsi Rusiyanın Kyiv bölgəsinə azı 40 pilotsuz təyyarə göndərdiyini və onların hamısının məhv edildiyini deyib.
Rusiya Ukrayna şəhərlərinə və infrastruktur obyektlərinə hücumlar təşkil etmək üçün İran istehsalı olan "Şahed" pilotsuz təyyarələrindən istifadə edib.
Son hücumlar Ukrayna prezidenti Volodimir Zelenskinin ordusunun 45 "Şahed" pilotsuz uçuş aparatını məhv etdiyini deməsindən bir gün sonra baş verib.
"Rusiya terrorçuları bədbəxt gündə idilər və bu ilə eyni şəkildə daxil oldular" - deyə, Zelenski bazar günü gecə etdiyi çıxışında bildirib.
Rusiyanın şənbə günü Ukraynanın bütün ərazisi boyu həyata keçirdiyi hava hücumlarına münasibət bildirərkən Zelenski deyib ki, "terroçu dövlət" bağışlanmayacaq. "Bu əmrləri verənlər də, onları icra edənlər də əfv edilməyəcəklər" deyib.
Şənbə günü səhər həyata keçirilən hava hücumu nəticəsində Ukrayna ərazisində bir insanın həlak olduğu və ən azı 30 nəfərin yaralandığı bildirilir. Paytaxt Kyiv və digər ərazilərdə səkkiz nəhəng partlayış müşahidə edilib.