ABŞ və Almaniya Ukraynaya tanklar vəd etdikdən sonra Rusiya raket zərbələrini intensivləşdirib

Kyivin metro stansiyasında

Moskvanın ukraynalı müdafiəçilərə təzyiqlərini artırdığı şərqdə şiddətli döyüşlər davam edir. Rusiya cümə axşamı səhər saatlarında Ukraynaya yeni raket zərbələri dalğasına başlayıb və nəticədə bir nəfər ölüb.

Yeni raket hücumları Almaniya və ABŞ-ın Kyivi qabaqcıl döyüş tankları ilə təmin etməyi öhdəsinə götürməsindən və bir neçə saat sonra prezident Volodimir Zelenskinin Qərb müttəfiqlərini Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün uzaqmənzilli raketlər və hərbi təyyarələr göndərməsi çağırışından sonra başlayıb.

Kyiv meri Vitali Kliçko paytaxta endirilən raket zərbələri nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin yaralandığını bildirib və sakinləri sığınacaqlarda qalmağa çağırıb.

"Raketin Holosiyiv rayonunda raketin qeyri-yaşayış binasına düşməsi nəticəsində 1 nəfərin ödüyü, 2 nəfərin yaralandığı ilə bağlı məlumatımız var. Yaralılar xəstəxanaya çatdırılıb", deyib Kliçko.

Kyiv hərbi administrasiyasının rəhbəri Serhiy Popko hava hücumundan müdafiə vasitələri ilə paytaxtın üzərində ondan çox raketin məhv edildiyini bildirib.

"Düşmən Kyiv istiqamətində 15-dən çox qanadlı raket atıb. Hava hücumundan müdafiə sistemlərinin mükəmməl işi sayəsində bütün hava hücumları dəf edilib" - deyə, Popko bildirib.

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andriy Yermak Telegram səhifəsində yerlər barədə məlumat vermədən, "Rusiyanın ilk raketləri artıq vurulub" yazıb.

Yerli hökumət orqanları Odessa şəhərinin cənub bölgəsində iki enerji obyektinin Rusiya raketləri ilə vurulduğunu bildirib.

Vilayətin hərbi administrasiya rəhbəri Serhiy Borzovun bildirdiyinə görə, mərkəzi Vinnitsa bölgəsi də Rusiya raketlərinin hədəfinə çevrilib. O, ölənlərin olmadığını deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın bir gecədə həyata keçirdiyi hücumları zamanı 15-i Kyiv üzərində olmaqla, 24 pilotsuz təyyarəsini məhv etdiyini bildirib.