Ukraynanın şərqində binaların zəbti davam etdirilir

Moskva ilə Kiyevin gərginliklərin azaldılacağı ilə bağlı razılıq əldə etmələrinə baxmayaraq, Rusiya tərəfdarı yaraqlılar Ukraynanın şərqində hökumət binalarını zəbt etməkdə davam edir.

Yaraqlıların lideri Denis Puşilin cümə axşamı əldə edilən razılığa məhəl qoyulmayacağını və Ukrayna hökuməti istefa verməyincə binalardan çıxmayacaqlarını deyib.

Ukrayna, Rusiya, Birləşmiş Ştatlar və Avropa Birliyinin müzakirələrində yaraqlıların hökumət binalarını azad etmələri və tərksilah olmalarına çağırılır.

Razılıqda böhranın həlli üçün bir neçə konkretölçülər nəzərdə tutulur. Qərb lideri Rusiyanın razılığa əməl edəcəyinə skeptik yanaşır.