Ukrayna və Rusiya bir-birini çərşənbə axşamı Ukraynanın cənubundakı Xerson yaxınlığında böyük bəndi partlatmaqda ittiham edib.
"Rusiyanın işğalçı qoşunları Kaxovka su elektrik stansiyasını partladıb. İndi dağıntıların miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri basması dəqiqləşdirilir. Bütün xidmətlər işləyir. Vəziyyətə nəzarət olunur" - deyə, Ukrayna hərbçiləri bildirib.
Ukraynanın Rusiya qoşunları tərəfindən işğal olunmuş ərazisində Kaxova bəndinin dağıdılması suyun daşmasına səbəb olub və Dnepr çayı boyunca yaşayan yüzlərlə insanı evakuasiya etməyə məcbur edib. Yaxınlıqdakı şəhər meydanlar və küçələr suyun altında qalıb.
Rusiya çayın sol sahilinə və bəndin özünə, Ukrayna is sağ sahilinə nəzarət edir.
Ukraynanın Xerson bölgəsinə Rusiya tərəfindən təyin olunan administrasiya üç rayonu – Nova Kaxova, Hola Pristan və Oleşkini təxliyə etməyə hazırlaşdığını bildirib. Ukraynanın nəzarət etdiyi bölgə paytaxtı Xersonun sakinləri orada suyun səviyyəsinin bir metrdən çox artdığını və daha da artacağının gözlənildiyini deyiblər. Ukrayna polisi Xerson bölgəsində bir zabitin yaşlı qadını təhlükəsiz yerə daşıdığını, sakinlərin diz səviyyəsində sudan təhlükəsiz yerə keçməyə çalışdıqlarını göstərən video paylaşıb.
Ukraynanın nəzarət etdiyi Xersonda hərbi administrasiyanın yüksək səviyyəli rəsmisi Oleksandr Tolokonnikov vəziyyətin daha da psiləşəcəyinə dair xəbərdarlıq edib.
“Sabah daşqın pik səviyyəyə çatacaq, daha sonra isə azalmaya başlayacaq,” o, müxbirlərə deyib.
“Biz artıq təxminən 1000 nəfəri evakuasiya etmişik,” Tolokonnikov deyib. “Xersonla zərər çəkən kəndlər arasında gedib-gelən 50-yə yaxın avtobusumuz var. Xersonda dörd evakuasiya sahəsi hazırlanıb”.”
Bu bənd Ukraynanın cənubundakı kənd təsərrüfatı ərazilərinin bir hissəsini və Rusiyanın işğalı altında olan Krım yarımadasını su ilə təmin edir, həmçinin Rusiyanın nəzarətində olan Zaporijjye nüvə stansiyasını soyudurdu.
Prezident Volodimir Zelenski vəziyyəti müzakirə etmək üçün təcili olaraq Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını çağırıb.
Zelenski Twitter hesabında "Kaxovka su elektrik stansiyası bəndinin dağıdılması bütün dünyaya onların Ukrayna torpaqlarının hər yerindən qovulmalı olduğunu təsdiq edir" yazıb.
"Bir addım belə onlara qalmamalıdır. Çünki onlar hər bir metrdən terror üçün istifadə edir Təhlükəsizliyi yalnız Ukraynanın qələbəsi qaytara bilər. Bu qələbə də olacaq. Terrorçular Ukraynanı su, raket və ya başqa bir şeylə dayandıra bilməyəcək" yazıb, Zelenski.
Ukrayna prezident administrasiyasının rəhbəri Andriy Yermak Telegram kanalında Rusiyanın bəndi dağıtmasının "ekosid" və müharibə cinayəti olduğunu yazıb.
Rusiya rəsmiləri isə bəndi Ukraynanın vurduğunu deyib.
BMT humanitar agentliyi çərşənbə axşamı Twitter-də yazıb ki, bəndin dağılması “minlərlə mülki vətəndaşı təhlükəyə atır, bix çoxlarını evsiz qoyub və ağır humanitar ehtiyaca salıb.”
“Nova Kaxovka bəndinin dağılması və nəticədə baş verən daşqınlar mülki vətəndaşlara, onların evlərinə və yaşayışlarına əhəmiyyətli təhlükə yaradır,” Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avrasiya üzrə bölgə direktoru Arian Bauer deyib. “Kritik infrastrukturun zədələnməsi bütün icmaları ümidsizliyə sürükləyə və mülki insanların həyatını məhv edə bilər. Beynəlxalq humanitar hüquq mühüm müdafiə təmin edə bilər, ancaq dövlətlər öz hüquqi öhdəliklərinə hörmət etsələr.”
NATO-nun baş katibi Yens Stoltenberq bəndin dağılmasını “Rusiyanın Ukraynadakı müharibəsinin qəddarlığını bir daha nümayiş etdirən biabırçı bir hərəkət” adlandırıb.
Avropa Şurasının prezidenti Şarl Mişel deyib ki, bu “misli görünməmiş bu hücum” onu şaka salıb və şura məsələni bu aykı iclasında müzakirə edəcək.
“Mülki infrastrukturun məhv edilməsi açıq şəkildə müharibə cinayəti kimi təsnif edilir və biz Rusiyanı və onun vasitəçilərini cavabdeh tutacağıq,” Mişel Twitter-də yazıb.
Nüvə stansiyası ilə bağlı narahatlıqlar
Bəndin dağıdılmasının Zaporijye Nüvə Elektrik Stansiyası üçün “mənfi nəticələri” ola bilər. Bu barədə nüvə stansiyasının operatoru Energoaton Telegram-da yazıb. O əlavə edib ki, hələlik vəziyyət “idarə edilə bilər.”
Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossi çərşənbə axşamı İdarə Heyətinin iclasında deyib ki, nüvə stansiyasının əsas soyutma suyunu təmin etmək üçün istifadə edilən su anbarında əhəmiyyətli bir azalma yaşanıb.
O, ərazinin yanındakı soyutma hovuzu “bir neçə ay” boyunca soyutma üçün kifayət edəcək qədər su təmin edə biləcəyini deyib və Ukraynada bütün tərəfləri onun “bütöv qalmasını” təmin etməyə çağırıb.
Qrossi deyib ki, o gələn həftə zavoda səfər edəcək və səfərini çərşənbə axşamı baş verən hadisə fonunda “zəruri” adlandırıb.
Rusiya Ukraynaya tam miqyaslı hərbi müdaxiləsinin başlanğıcında nüvə stansiyasının ərazisinin nəzarətini ələ keçirib və Qrossi dəfələrlə bu ərazinin qorunmamı halında nüvə fəlakəti ehtimalını vurğulayıb.