Ukraynada döyüşlərdə mülki vətəndaşlar ölür [Fotoqalereya]

Ukraynanın şərq bölgəsinin rəsmiləri bu gün hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında gedən döyüşlər zamanı azı 8 mülki vətəndaşın öldüyünü bildirib. Kiyev və üsyançıların bildirdiyinə görə, son 24 saat ərzində şiddətli qumbara hücumları zamanı azı 22 nəfər də yaralanıb.

Keçən şənbə günü Belarusda Ukrayna hökuməti ilə separatçılar arasında sülh danışıqlarına baxmayaraq, separatçıların nəzarətindəki Donetsk və Luqansk bölgəsində, əsasən də Ukraynanın nəzarətində olan Debaltseva şəhərinin ərtafında güclü döyüşlərin getdiyi bildirilib.

Yaxın zamanda döyüçlərin güclənəcəyi istisna edilmir. Bazar ertəsi Rusiya tərəfdarı separatçıların lideri separatçı qüvvələrin sayının azı 100 minə çatıdırlıması məqsədilə ümumi səfərəlik elan edib.

Bu arada Birləşmiş Ştatlar Ukraynaya Rusiya tərəfdarı separatçılarla mübarizədə hərbi yardımın verilib-verilməməsi ilə bağlı hələlik qərar verməyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bunu mətbuatda bu haqda məlumatın verilməsindən sonra deyib. Cen Psaki Dövlət Departamentinin brifinqində jurnalistlərə bildirib ki, hələlik hansısa variantla bağlı qərar verilməyib və müzakirələr davam edir.