Aİ Ukraynaya təcavüz və hərbi cinayətlərdə əli olanların məsuliyyətə cəlb edilməsi yollarını axtarır

Avropa İttifaqının ədliyyə nazirləri cümə günü bildiriblər ki, Avropa İttifaqı Ukraynada törədilən dəhşətli cinayətlərdə iştirak edənlərin tez bir zamanda məsuliyyətə cəlb edilməsini istəyir. Avropa İttifaqına üzv olan ölkələrin bununla bağlı fikirləri eyni olsa da, cinayətkarların məsuliyyətə cəlb edilməsi, sübutların araşdırılması və zərərin ödənilməsi ilə bağlı fikirlər fərqlidir.

Avropa İttifaqının 27 ədliyyə naziri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünün başlanmasının ildönümü ərəfəsində Stokholmda görüşüb.

Qərb ölkələrinin Ukraynanı ilk dəfə müasir tanklarla təmin edəcəyinə söz verməsindən sonra cümə günü Kyiv ölkənin şərqində şiddətli döyüşlərin davam etdiyini bildirib.

"Ukraynada dəhşətli beynəlxalq cinayətlər və vəhşiliklər məsuliyyətə cəlb edilməlidir. [Bunlar] aydın və aşkar hərbi cinayətlərdir" - deyə, İrlandiyanın ədliyyə naziri Saymon Harris bildirib.

Nazirlər sübutların toplanması və Ukraynaya qarşı təcavüzdə iştirak edənlərin təqib edilməsi üçün yeni beynəlxalq tribunalın yaradılması məsələsini müzakirə edib.

"Bu cür hərbi cinayətləri törədənlərin heç biri azadlıqda qalmamalıdır. Bu insanları ədalətə təslim edilməsi üçün bir yolun tapılması vacibdir. Məsələ bizim bunu təcrübədə necə effektiv istifadə etməyimizdədir" , İsveçin ədliyyə naziri Qunnar Strommer deyib.

Slovakiya Ədliyyə Nazirliyinin rəhbəri Vinsent Van Kukkenborn "Bu təcavüz aktları təkcə Avropa ölkələri və ya ABŞ tərəfindən deyil, həm də Afrikada, Latın Amerikasında və başqa yerlərdə olan ölkələrin böyük əksəriyyəti tərəfindən pislənməlidir" deyib.

Ədalət mühakiməsinin həyata keçirilməsi çox guman ki, mürəkkəb və uzun bir proses olacaq.

Rusiyanın Ukraynanı işğalı minlərlə dinc sakinin ölümünə, milyonlarla insanın qaçaq düşməsinə və Ukraynanın bir çox şəhərinin dağıdılmasına səbəb olub. Birləşmiş Millətlər Təşkilatına görə, enerji obyektləri da daxil olmaqla, Ukraynanın mülki infrastrukturuna hücumlar müharibə cinayətləridir.