Ukrayna ordusunun cümə axşamı bildirdiyinə görə, Rusiya qüvvələri keçən gecə ərzində 28 pilotsuz təyyarə və 5 raketlə hücumlar həyata keçirib.
Ukrayna Hərbi Hava Qüvvələri ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Odesa, Xarkİv, Dnepropetrovsk və Zaporijye vilayətləri üzərində 26 pilotsuz təyyarəni vurduğunu bildirib.
Zaporijye vilayətinin qubernatoru İvan Fyodorov Telegram kanalında dronlardan düşən dağıntıların bir neçə yaşayış binasında yanğına səbəb olduğunu və 2 nəfərin yaralandığını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü deyib ki, ölkəsinin hava hücumundan müdafiəsinin gücləndirilməsi və Rusiyanın işğalına qarşı istifadə üçün F-16 qırıcılarının çatdırılması çox vacibdir.
Zelenski sosial mediada etdiyi açıqlamasında "Dünya boyu çox olan “Patriot”-ların nəyə görə rus terrorçularının hücumuna məruz qalan Xarkiv və digər şəhərlərin səmasını qorumamasının heç bir məntiqi izahatı yoxdur. Biz hər gün xalqımızın və Ukraynanı daha yaxşı müdafiəsi üçün çalışırıq" deyib.
Zelenskinin şərhləri Rusiyanın Ukraynanın şərqindəki Xarkiv şəhərinə endirdiyi zərbələr nəticəsində bir nəfərin ölümü, 19 nəfərin yaralanmasından sonra səslənib.
Xarkiv meri İhor Terexov bildirib ki, rusların hücumu nəticəsində 18 yaşayış binasına ziyan dəyib.
Rusiya çərşənbə günü Ukraynanın Belqorod bölgəsini hədəf alan raket hücumlarının qarşısını aldığını, Ukrayna isə keçən gecə Rusiyanın 13 pilotsuz uçuş aparatı ilə hücum etdiyini bildirib.
Rusiya Müdafiə Nazirliyi ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin Ukraynaya məxsus 18 raketi vurduğunu bildirib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında bildirdiyinə görə, bir neçə kənddə evlərə müəyyən ziyan dəyib və azı bir nəfər xəsarət alıb.
Rusiya və Ukrayna sərhədində yerləşən Belqorod Ukraynanın hücumlarının hədəfinə çevrilib.