Ukrayna və Rusiya şənbə günü bir-birinə qarşı yeni zərbələr endirib.
Qubernator Vyaçeslav Qaldkovun məlumatına görə, Ukraynanın endirdiyi zərbələr nəticəsində Rusiyanın Belqorod bölgəsində bir nəfər ölüb.
Bu arada isə Rusiya gecə yarısı Ukraynanın Odesa regionuna raket zərbəsi endirib. Yerli rəsmilər deyir ki, Rusiyanın işğalı altında olan Krımdan edilən hücum zamanı dörd nəfər xəsarət alıb.
Rusiyanın dövlət Tass xəbər agentliynin məlumatına görə, Rusiya qüvvələri şənbə səhər Moskva yaxınlığında Ukrayna dronunu vurub.
Şimali Koreya-Rusiya sərhədində fəaliyyət
Bu arada isə təhlilçilər deyir ki, peyk görüntüləri Şimali Koreya-Rusiya sərhədində yerləşən Şimali Koreyanın Tumanqanq Dəmiryol Təsisində misli görünməmiş yük qatarlarının olduğunu göstərir.
Vaşinqtonda qərargahlanan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin bir hissəsi olan Beyon Parallell-in analitikləri bildirib ki, onlar son beş ildə ən böyük qatar hərəkətinin olduğunu görürlər. Onlar deyir ki, bu, iki ölkənin bu yaxnlarda keçirilən sammitindən sonra “çox güman ki, Şimali Koreyanın Rusiyaya silah və sursat təchizatına işarə edir.”
Onlar deyir ki, konteynerlərin üzərindəki örtülər onların içindəkiləri müəyyən etməyi qeyri-mümkün edib. Ancaq təşkilat bildirib ki, “”mümkündür ki, bu daşımalar Rusiyan Ukraynadakı müharibədə dəstəkləmək məqsədi daşıyır.”