Belqorod vilayətinin atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Belqorod vilayətinin mayın 30-u gecə saatlarında atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.

Mayın 30-da axşam saatlarında Belqorod vilayətindəki müvəqqəti yaşayış mərkəzinin atəşə tutulması nəticəsində bir nəfər həlak olub, daha iki nəfər yaralanıb. Qladkovun sözlərinə görə, həlak olan şəxsin adı Vitali Alekseeviç olub və o, Müvəqqəti Yerləşdirmə Məntəqəsində mühafizəçi işləyib. Qubernator hər iki zərərçəkənin vəziyyətinin ağır olduğunu, onlardan birinin qarın nahiyəsindən, digərinin isə döş qəfəsindən yaralandığını bildirib.

Qladkovun dediyinə görə, Müvəqqəti Yerləşdirmə Məntəqəsinin yaşayış və inzibati binası, eləcə də keçid məntəqəsi atəşə tutulub. Nəticədə dam örtüyü deşilib, pəncərə şüşələri sınıb. Müvəqqəti Yerləşdirmə Məntəqəsində bir ildən artıqdır ki, atəşə məruz qaldığı üçün Sereda kəndinin təxliyyə edilmiş sakinləri olub.

Mayın 31-nə keçən gecə Belqorod vilayətinin qubernatoru sərhədyanı Şebekino şəhərinin yenidən atəşə tutulduğunu bildirib. "İlkin məlumata görə, bir qurban var. Yaşayış binalarına ziyan dəyib, nəqliyyat vasitələri yanır" - deyə, Qladkov yazıb.

Krasnodar diyarının qubernatoru da öz növbəsində Krasnodar şəhəri yaxınlığındakı Neftekaçka kəndində Afipski neft emalı zavodunda yanğın baş verdiyini bildirib. Veniamin Kondratyev Telegram kanalında "İlkin səbəb pilotsuz təyyarədir" yazıb. Qubernator bildirib ki, mazut distillə edən qurğulardan biri yanır.