Ukrayna hərbçiləri 9 May ərəfəsində Rusiyanın 35 pilotsuz təyyarəsini vurduğunu iddia edir

Ukrayna kəşfiyyatının Moskvanın Qələbə Gününü qeyd etdiyi mayın 9-u Rusiyanın təxribatlarının mümkünlüyü barədə xəbərdarlıq etdiyi bir vaxt Kyivin hərbi komandanlığı mayın 8-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 35 pilotsuz təyyarə və 16 raketi məhv etdiyini bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı mayın 8-də səhər yenilənmiş məlumatında bildirib ki, "düşmən raketlərlə Xarkiv, Xerson, Nikolayev və Odessa rayonlarını hədəf alıb və insan tələfatı olub".

"Təəssüf ki, ölən və yaralananlar dinc sakinlərdir. Çoxmərtəbəli binalar, şəxsi evlər və digər mülki infrastruktura ziyan dəyib" - deyə, Baş Qərargah bildirib.

Kyivin meri Vitali Kliçkonun bundan əvvəl bildirdiyinə görə, binalara və infrastruktura ziyan vuran pilotsuz təyyarələrin zərbəsi nəticəsində bir gecədə 5 nəfər yaralanıb.

Mayın 7-də Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi 9 May - İkinci Dünya Müharibəsindəki qələbənin bayramı ərəfəsində Rusiyanın "təxribatları" barədə xəbərdarlıq edib.

"Düşmən bunun üçün çox vaxt simvolik tarixlər seçir" - deyə, kəşfiyyat orqanının nümayəndəsi Andriy Yusov bildirib. O, Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal edəndən və Ukraynanın şərqindəki separatçılara dəstək verəndən bəri bu taktikadan istifadə edib.

Ukrayna rəsmiləri Kremlin mayın 9-na qədər ölkənin şərqindəki Baxmut şəhərini ələ keçirmək səyləri çərçivəsində döyüşləri intensivləşdiyini bildirib.